Azərbaycanda nikaha daxil olanlar “yaşlanır”

Azərbaycanda nikaha daxil olanlar “yaşlanır”

Azərbaycanda nikaha daxil olanların yaşı tədricən yüksəlir. 


Sfera.az xəbər verir ki, birinci nikaha daxil olanların orta yaş həddi 2022-ci ildə kişilərdə 28,5 yaş, qadınlarda 24,1 yaş olub. 


Müqayisə üçün bildirək ki, beş il əvvəl ilk dəfə nikaha orta hesabla kişilər 27,7 yaşda, qadınlar 23,7 yaşda girmişdi. 


Təkrar nikahları da nəzərə aldıqda nikaha daxilolma yaşının daha da yüksəldiyini görürük. 2022-ci ildə nikaha girən kişilərin orta yaşı 29,8 olub, qadınlada isə orta yaş 24,9 idi. 


Azərbaycanda boşanmaların sayının artması və gənclərin daha gec ailə həyatı qurması səbəbindən nikaha daxilolma yaşında artım gələcəkdə də davam edəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR