Paşinyanın YENİ OYUNU: “Sülhdən danışır, amma..”

Paşinyanın YENİ OYUNU: “Sülhdən danışır, amma..”

“Ermənistan Azərbaycanı “etnik təmizləmə”də ittiham edərək, siyasi danışaqlarda bizə təzyiq etməyə çalışır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, vurğulayıb ki, bu istiqamətdə ayrı-ayrı ölkələrin parlamentləri antiAzərbaycan qətnaməsi qəbul edirlər:

 

“Ermənistan Baş naziri Nikol Paşinyan bir tərəfdən “etnik təmizləmə” iddiası ilə çıxış edir, digər tərəfdən də sülh danışıqlarına qatılırsa, müqavilənin bağlanması mümkün olmayacaq.  Azərbaycan məhz Qarabağda ermənilərin könüllü köçü və onlara hər hansı təzyiqin olmaması barədə Paşinyanın məlum açıqlamalarını gündəliyə çıxarmalıdır”.

 

Ekspert qeyd edib ki, sülh razılaşması daha çox Ermənistana lazımdır:

 

“Fikrimcə, qarşı tərəf bu məsələdə absurd yanaşmanı davam etdirəcəksə, Azərbaycan sülh danışıqlarına qatılmayacağını elan etməlidir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR