Çin Ermənistanla əməkdaşlığı GENİŞLƏNDİRİR

Çin Ermənistanla əməkdaşlığı GENİŞLƏNDİRİR

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Çinə səfəri çərçivəsində Jiangsu əyalətinin bir sıra şirkətlərinin nümayəndələri ilə görüşüb.

 

Sfera.az bildirir ki, Ermənistanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Çin və erməni şirkətləri qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Çin tərəfi Ermənistanda sement zavodunun açılmasında, traktorların yığılması mərkəzinin yaradılmasında və məhsulların qonşu bazarlara ixracında maraqlı olduğunu bildirib.

 

Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR