İsrail quru əməliyyatına başlayarsa... – “HƏMAS bu taktikaya keçəcək”

İsrail quru əməliyyatına başlayarsa... – “HƏMAS bu taktikaya keçəcək”

HƏMAS hərəkatı İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında quru əməliyyatına başlayacağı təqdirdə ehtiyatında saxladığı texnoloji cəhətdən inkişaf etmiş silah arsenalından istifadə edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb .

 

Ekspertlər hesab edirlər ki, HƏMAS yaraqlıları kritik infrastruktura və İD hərbi bazalarına zərbələr endirmək üçün sualtı dronlardan və ya dəqiq idarə olunan raketlərdən istifadə edə bilər.

 

Nəşrin məlumatına görə, İsrailin hücumu zamanı HƏMAS Livanın Hizbullah qruplaşmasının taktikasından istifadə edə bilər.  Belə ki, İsrail ordusu onların ərazisində olduğu halda cəbhə xəttindən uzaqda yerləşən hədəflərə qəfil hücumlar təşkil edilə bilər.

 

Bundan əvvəl İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin etibarsızlığı məlum olub. Bildirilib ki, Qəzza zolağında HƏMAS ilə müharibənin genişlənməsi Hizbullahın da iştirak etdiyi daha geniş regional münaqişəyə çevrilərsə, müdafiə sistemi raket hücumları ilə alt-üst ola bilər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR