Bu ölkələr ABŞ-yə qarşı BİRLƏŞƏCƏK: “Yeni mərhələ başlayır” 

Bu ölkələr ABŞ-yə qarşı BİRLƏŞƏCƏK: “Yeni mərhələ başlayır” 

“Rusiya və Çin ABŞ-nin formalaşdırdığı birqütblü dünya modelinə son qoymaq istəyir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

 Onun sözlərinə görə, Moskva və Pekin Vaşinqtonla mübarizənin yeni mərhələsinə daxil olur:

 

“Kremlin vəziyyəti daha ağırdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə Qərbin müxtəlif sanksiyaları ilə üzləşib, ABŞ və Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə münasibətləri gərginləşib. Pekinin də Qərblə münasibətlərdə problemləri var. ABŞ Çinin hərbi gücünü artırmasından, qonşularına yaratdığı problemlərdən və Tayvan adasını nəzarətə götürmək istəyindən narahatdır. Vaşinqton Pekini durdurmaq üçün bölgədə müxtəlif siyasi və hərbi bloklar formalaşdırıb. Digər tərəfdən, Rusiya-Çin iqtisadi və ticarət əlaqələrinin həcminin artımı Vaşinqtonu narahat edir. ABŞ-nin son illərdə həm Moskva, həm də Pekinə qarşı sərt siyasəti Rusiya ilə Çini müttəfiqə çevirib”. 


Ekspert bildirib ki, bütün bunlara baxmayaraq, Pekin beynəlxalq məsələlərdə Kremldən asılı olmaq istəmir və müstəqil qərarlara üstünlük verir:


“Məsələn, Çin Rusiya ilə yanaşı, Türkmənistandan da qaz alır. Bu, Çinə ona görə lazımdır ki, Rusiya enerjisindən asılı vəziyyətə düşməsin. Rusiyadan neft alışında Hindistan Çini üstələyib”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR