Bayden xalqa müraciət etdi: “Ukraynaya yardım dayanmayacaq, İsrailə isə...”

Bayden xalqa müraciət etdi: “Ukraynaya yardım dayanmayacaq, İsrailə isə...”

“Ukraynaya yardımı dayandırmaq fikrimiz yoxdur”.

 

Sfera.az bildirir ki, bunu ABŞ prezidenti Co Bayden xalqa müraciətində deyib. O qeyd edib ki, hazırkı Rusiya-Ukrayna və İsrail-Fələstin müharibəsi Vaşinqtondan çox uzaqda baş versə də, kifayət qədər əhəmiyyətlidir:

 

“Bu münaqişələrin ABŞ üçün vacibliyini sorğulamaq haqqınızdır. Amma İsrail və Ukraynanın uğurunu təmin etmək vətəndaşlarımız üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu, bizim təhlükəsizliyimizdir”.

 

Bayden həmçinin qeyd edib ki, ABŞ Ukraynada Rusiya ilə hərbi toqquşmaya can atmır: “Amma Rusiya Vaşinqtonun NATO müttəfiqlərindən birinə hücum etsə, həmin torpaqların hər qarışını müdafiə edəcəyik. Buna baxmayaraq,  hadisələrin belə inkişafını istəmirik”.

 

İsrail-Fələstin münaqişəsinə toxunan Ağ Ev rəhbəri fikirlərini bu cür ifadə edib: “Bu məsələdə sülhə nail olmaq cəhdindən əl çəkə bilmərik. Həm İsrail, həm də Fələstin təhlükəsizlik və sülh şəraitində yaşamağa layiqdir”.

 

O, həmçinin qeyd edib ki, Konqresə ABŞ-nin  milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün təcili büdcə tələbi də göndərəcək. Ağ Ev rəhbəri konkret rəqəmlər deməyib, lakin “Reuters” agentliyinin məlumatına görə,  Bayden büdcədən 100 milyard dolların ayrılmasını istəyəcək:

 

“Ukraynaya 60 milyard, İsrailə 10 milyard, Tayvana isə 30 milyard dolların ayrılması nəzərdə tutulub”.

 

Günay


OXŞAR XƏBƏRLƏR