Azərbaycana qarşı ÇİRKİN KAMPANİYA: "Bu ölkələrə enerji satışında məhdudiyyətlər qoyulmalı, siyasətçilərinə isə..."
“Bütün dünyada Azərbaycanı "etnik təmizləmədə" ittiham edən kampaniya başladılıb və artıq qərarlar alınmağa başlayıb".
Bunu Sfera.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.
Politoloq bildirib ki, bu məsələyə ciddi yanaşılmalıdır:
“Bu prosesə çox ciddi yanaşmaq lazımdır.Bu çərçivədə Azərbaycan Ermənistanla sülh müzakirələrində bu məsələni gündəmə daşımalıdır. İlk olaraq Brüsseldəki görüşdə Paşinyana bu kampaniya davam edərkən sülh müqaviləsi imzalamağın mümkün olmayacağı bildirilməlidir.
Azərbaycan onu uydurma "etnik təmizləmədə" ittiham edən ölkələrə enerji satışında məhdudiyyətlər gətirəcəyini, o ölkələrin şirkətləri ilə əməkdaşlıq edilməyəcəyini də çox qəti şəkildə bildirməlidir!
Bu qərarların alınmasında bir şəkildə iştirak edən siyasətçilərin ölkəyə girişinə qadağa qoyulmalıdır. Ayrıca başda Qoşulmamaq Hərəkatı və Türk Dövlətləri Təşkilatı olmaqla təsir imkanlarımızın olduğu bütün beynəlxalq təşkilatlara üzv olan ölkələrdə də bənzər qərarların alınması üçün çalışmaq lazımdır!!!
Yoxsa 25-30 il sonra bizim övladlarımız yalan ittihamların təzminatını ödəmək məcburiyyətində qala bilərlər!!!
Unutmayaq ki, zamanında Türkiyə qondarma "soyqırımı" iddiaları ilə yetərincə ciddi məşğul olmadığı üçün yalançı "soyqırımı" iddiaları ABŞ prezidentinin dilindən də səsləndi”.
Firuzə Əliyeva