Yasamalda BƏDBƏXT HADİSƏ: Məktəbli faciəvi şəkildə öldü

Yasamalda BƏDBƏXT HADİSƏ: Məktəbli faciəvi şəkildə öldü

Bakıda məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

2008-ci il təvəllüdlü Bayramov Tunar Rəşad oğlunu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə o həyatını itirib.

 

Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən yeniyetmə Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.


OXŞAR XƏBƏRLƏR