Netanyahu: “Düşmənə öldürücü zərbə endiriləcək”

Netanyahu: “Düşmənə öldürücü zərbə endiriləcək”

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin düşmənlərə öldürücü zərbə vuracağını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb .

 

Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin rəhbəri bunu Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşən Qolani piyada briqadasının əsgərləri ilə görüşündə deyib:

 

"Bütün İsrail sizinlədir və biz qələbə qazanmaq üçün düşmənlərimizə güclü zərbə vuracağıq".

 

Netanyahunun sözlərinə görə, İsrail böyük qələbəyə doğru gedir.

 

Qəzet həmçinin qeyd edir ki, son günlər bir neçə yüksək vəzifəli İsrail rəsmisi İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri görüşlər keçirib. Xüsusilə, Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman hərbçilərə quru əməliyyatının “mürəkkəb, uzun və gərgin” olacağını deyib.

 

Bundan əvvəl İsrailin keçmiş baş naziri və keçmiş müdafiə naziri Ehud Barak bildirib ki, İsrail ordusu yaxın günlərdə Qəzza zolağında quru əməliyyatı keçirməyi planlaşdırır. Onun sözlərinə görə, belə bir əməliyyat İsrail hərbçiləri üçün çətin olacaq.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...