Kədərli həyatı və faciəli ölümü ilə məşhur olan rəssam

Kədərli həyatı və faciəli ölümü ilə məşhur olan rəssam

Rəssamlar sənət qədər mürəkkəb və müəyyən edilməsi çətin olan qəribə ruhlardır.


Sfera.az bu yazıda tarixdə iz qoyan məşhur rəssamlardan biri olan Amedeo Modiqlianinin həyatına nəzər salacaq

O, ömrü boyu az qala aclıqdan ölən, lakin dəyəri ölümündən sonra dərk edilən rəssamlardandır...


Maraqlı orasıdır ki, həmkarlarının yaxşı pul və hörmət qazandığı bir vaxtda Modigliani o vaxt incəsənətin paytaxtı hesab olunan Parisdə yaşayırdı. Onun başqaları kimi yaxşı pul qazana bilməməsinin səbəbi sənətindən həzz alınmamaq və ya əsərlərinin anlaşılmaması və s. deyildi.
 

Tək bir cümlə bunun səbəbini izah edirdi:

"Səmimi deyirəm, mənim həyatım heç vecimə də deyil!"

Heç əhəmiyyət vermədiyi və cəmi 35 il davam edəcək bu avara və yaraşıqlı rəssamın həyatı 1884-cü ildə İtaliyada anadan olmaqla başlayır.
 

Öz üslubu və yaraşıqlılığı ilə əsl italyan kişisi kimi görünsə də, əslində mühacir yəhudi ailəsinin övladı idi. Ailənin maddi vəziyyəti o qədər də yaxşı deyildi. Bu azmış kimi Modi uşaqlıqda tez-tez ağır xəstəliklərə yoluxurdu. Uşaqlıqdan Modi tez-tez vərəm kimi tənəffüs xəstəliklərindən əziyyət çəkirdi. Bədəni çox zəif idi və maddi imkansızlıqdan ailəsinin ona yaxşı baxması mümkün deyildi. Bu səbəbdən Modi orta məktəb təhsilini yarımçıq qoymalı oldu. Məhz bu dövrdə o, ciddi şəkildə rəsm çəkməyə başlayıb.
 

Ailə, yoxsul da olsa, yüksək təhsilli, intellektual bilikli insanlar idi. Anası da Modi kimi rəssam idi və oğlunun təhsilində bacardığı qədər dəstək olurdu.


1906-cı ildə Parisə gələndə... Modinin sərt həyat tərzinə, işlərinə, avaralığına və ifrat rəftarlarına hətta Paris də hazır deyildi.


Bəlkə də ən görkəmli və şöhrətli sənət növü olduğu üçün indiyə qədər biz həmişə musiqiçilərin sərt, ehtiraslı, mürəkkəb həyatını görmüşük.
 

Parisə gəlməmişdən əvvəl Modi Venesiyada təsviri incəsənət məktəbində oxuyarkən artıq narkotiklə tanış olmuşdu. Bu qədər kövrək bir bədənə və xəstəliklərdən sağalmayan ağciyərlərə baxmayaraq, o, tiryək və hind çətənəsini çox yaxşı bilirdi.
 

Parisə gələndə daha da həvəslənib: özünə qulluq etmək, rəsmlərini satmaq üçün varlı insanlarla, elit təbəqə ilə əlaqə yaratmaq əvəzinə Modi şəhərin ən tənha guşələrində spirtli içkilərin və narkotiklərin su kimi axdığı ziyafətlər təşkil edirdi.


O, Pikassonun ən yaxın dostu, sonra isə əzəli düşməni olub və Pikasso Modini “Tanrı” adlandırıb.


Aralarında tam sevgi-nifrət münasibəti var idi.

Demək olar ki, bir küçədə qonşu kimi yaşayırdılar. Həmin küçə artıq bohem rəssamlarının evi idi. Modi ən çox tanınan ad idi, lakin əsərləri ilə deyil; həyat tərzi ilə. O, məhəllənin dəlisi idi. Getdikcə daha çox spirtli içkilərə, narkotiklərə qapılır, hər gecə dava salır, bəzən onlarla sevgilisi onun evinə basqın edirdi... Bu vəziyyət Pikassonu daha da qəzəbləndirirdi. Modi artıq özünü məhv etmək yoluna qədəm qoymuşdu.
 

Bununla belə, Modini qəzəbləndirən məqamlar da var idi. Məsələn, Pikassonun nifrət etdiyi burjuaziyaya yaxınlığı, pulu və gücü ilə təkəbbürlü və hesablı olması.
Pikassonun tək bir rəsmlə bütün evi alacaq qədər güclü olduğu bu dövrdə, Modi niyə bu qədər az qazanırdı?
 

Əlbəttə, Modinin üslubu Parisə gəldikdən sonra çox təsirlənmiş və dəyişmişdir. Modi öz ifrat xarakterini əsərində əks etdirirdi. Çılpaqlarla çox işləməsi, onun sərgilərdə polislə problem yaşamasına səbəb olub. Əlbəttə, o, Parisdə çılpaq şəkillər üzərində işləyən yeganə rəssam deyildi, lakin onun çəkdiyi qadınlarda fərqli bir detal var idi. Hamısı öz çılpaqlığı ilə barışıqlı, inamlı görünüşləri və son dərəcə rahat pozaları ilə bədənlərini nümayiş etdirən kimi təsvir edilmişdi. Tablolarda bir qram utancaqlıq və ya kövrəklik hiss olunmurdu. Modinin qadınları tərənnüm etdiyi bu əsərlərdəki qasıq tükləri kimi kiçik detallar artıq avaralığı ilə tanınan Modi ilə polis arasında tez-tez problem yaradırdı.

 

Həmçinin, Modi insan münasibətlərində də çox yaxşı deyildi.


Üzündə sanki şeytan tükü var idi və insanları özünə çəkirdi. Hər cür bacarığı olan dostlarından biri də onun müdiri idi və daim ona iş tapırdı. Ancaq Modi sözünü saxlamayan, xüsusilə siyasi mövzularda çox və sərt danışan biri idi. Müştərilərlə əlaqə qurmaq, mühitlərə girmək və bəyənilmək kimi bir dərdi olmaması bir yana, sanki hər vəziyyətdə dava salmaq üçün xüsusi səy göstərirdi. O, tipik məhəllə avarası idi.
 

O bilirdi ki, yəhudi olduğu üçün insanlar ona qərəz və nifrətlə yanaşırlar. Bunu gizlətmək əvəzinə həmişə yəhudi olduğunu bildirirdi.
Ömrünün bu dönəmində ona bir az da kömək edəcək, real dünyaya qaytaracaq qadın ukraynalı şair Anna Axmatova olacaqdı.


Anna tez-tez Rusiyaya getməli olur, buna görə də münasibətləri uzaqdan davam edirdi. Yenə də Modi bu qadına çox heyran idi.
 

İllər sonra şair Anna Axmatova Modini bu sözlərlə təsvir edirdi:

“Onu mənim üçün xüsusi edən ən vacib şey insanların fikirlərini oxuya bilməsi idi. Deyirdi ki, biz bir-birimizi başa düşürük. Sənət qığılcımı bizi bir araya gətirdi, amma gələcəyin qaranlıq kölgəsini həmişə üzərimizdə hiss etdik. Modigliani qaranlıqda yanıb-sönən bir işıq kimi idi. O, tanıdığım heç kəsə bənzəmirdi. Tamamilə fərqli idi”!
 

Anna Rusiyaya qayıtmalı oldu, çünki onun yaxın qohumları Stalin tərəfindən bir-bir Qulaqa göndərilirdi. Qısa müddətdə Annaya da yazmaq qadağan edildi. Çətin anlar yaşayan bu ikisi bir daha görüşməmək şərtilə ayrılıblar.


Bu arada Modi də heykəllərlə maraqlanıb. O, pul qazanmaq üçün rəsm dərsləri də verib.
 

Amma təəssüf ki, heykəltəraşlıq onun kimi ac bir rəssam üçün çox baha başa gələn bir iş idi. Üstəlik, artıq çökmüş ağciyərləri, heykəllə bağlı ən böyük maneəsi idi. Akademiyada rəsm dərsləri verməyə başladı. Onun həyatını tamamilə dəyişdirəcək möcüzə burada baş verəcəkdi.
Onun dərs dediyi tələbələr arasında atasının qadağasını pozan və rəssamlığı öyrənməyə gələn son dərəcə üsyankar və alovlu bir gənc qadın var idi: Jeanne Hebuterne.


Bir-birini gördükləri andan etibarən bir-birinə dərindən vurulan bu ikili, işıq sürəti ilə irəliləyən münasibətdə əvvəlcə birlikdə işləməyə, sonra birlikdə yaşamağa başladılar.

 

Jeanne Modiqlianinin ilhamvericisinə çevrildi. Bu onun həm işini, həm də həyatını çox dəyişdi.

Ancaq digər tərəfdən, Jeannenin həyatı da dəyişdi. Varlı bir katolik ailəsinin qızı Jeanne bir yəhudi ilə münasibət qurmağa başlayanda, əlbəttə ki, sərt atasından güclü veto aldı. İndi o da “acından ölən sənətkar” həyatına məhkum idi. Hamilə qalmaq isə hər şeyi daha da çətinləşdirib.
1918-ci ildə Jeanne və Modiqliani cütlüyü ilk körpələrini qucaqlarına aləb, lakin uşağa baxacaq qədər pul qazana bilməyiblər.


Belə olan halda Jeanne körpəsini anasının evinə qoyub. Atası istəməsə də, anası nəvəsinə baxırdı.
 

Çıxılmaz vəziyyət bundan sonra başlayır: Jeanne Modiqlianiyə o qədər aludə idi ki, hətta körpəsindən də imtina edib. Modiqliani isə alkoqol və narkotikə üz tutub...
 

Bu şiddətli görünüşlü, istedadlı rəssam qadın: şənlik gecələrindən sonra sızdığı yerlərdən Modiqliani toplayan, arxasınca yığışdıran, rəsmlərini satmaq üçün əlaqə yaratmağa çalışan, hətta yol boyu təhqirlərə məruz qalan birinə çevrildi.
Baxmayaraq ki, Modi nəhayət işləri qaydasına salıb pul qazanmağa qərar verir, çox şeylər üçün hər şey çox gec idi:
 

Qəzəbləndirdiyi insanlar, yandırdığı körpülər və əzəli düşməni Pikasso..
 

Modiqliani ilk fərdi sərgisini açanda - bu onun uzun müddətdən sonra yaxşı pul qazanmaq üçün ilk şansı idi. Polisin basqın etməsi isə böyük məyusluq yaradır: sərgini, rəsmləri müsadirə və ləğv edilir.
 

Bu zaman Jeanne yenidən hamilə idi.
 

Jeanne son dəfə qürurunu udub Modiqlianinin rəsmlərini sərgiləmək üçün Pikassodan kömək istəyəndə artıq gec idi.


Modiqliani həmin vaxt vərəmdən ölürdü.
 

1920-ci ilin fevralında Modiqliani son nəfəsini verib. Dəfn mərasimində onun əzəli düşməni Pikasso da iştirak edib və kədərini gizlədə bilməyib. Mərasimdən sonra Jeannenim ailəsi hamilə qızlarını özləri ilə aparıblar. Amma Modidən daha çox aludəçi olan Jeanne sevgilisindən iki gün belə ayrı qalmağa dözə bilməyib və özünü beşinci mərtəbədəki evin pəncərəsindən ataraq intihar edib.


Doğulmamış uşaqları və gerçəkləşməmiş arzuları ilə eyni məzarda yatıblar.


İki gün fərqlə öləndə Modiqliani 35, Jeanne isə 21 yaşında idi.


Nə qədər ironik də olsa, ömür boyu yoxsulluq içində yaşamalı olan Modilqaninin çəkdiyi Jeanne tablosu bu günlərdə 40 milyon dollar dəyərində qiymətləndirilir.




Onun başqa bir məşhur əsəri "Reclining Nude" 2015-ci ildə təxminən 170 milyon dollar dəyərində qiymətləndirilib.
Bu faciəvi cütlüyün geridə qoyduğu tək şey rəsmləri olmadı...


Onların ilk qızı Jeanne Modiqliani də Modinin böyük bacısı tərəfindən böyüdülüb. Anasının və atasının yolunu davam etdirərək o, həm də rəssamlığa başlayıb.
İki yaradıcı ağıl, nurlu ruhlar. Bu maddi dünyanın faktiki qaydalarına tab gətirə bilməsələr də, möhtəşəm izlər buraxaraq həyatdan köçüblər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...