Bu gün Zəngilan şəhəri günüdür

Bu gün Zəngilan şəhəri günüdür

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 3 il ötür.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.

 

Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib.

 

Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.

 

Dövlət başçısı daha sonra Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

 

Qeyd edək ki, Azərbaycanda “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.

 

Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 20 oktyabr Zəngilan şəhəri günüdür.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: “O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi” – FOTO

  Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.   Sfera.az&nbs...

Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.   Sfera.az xəbərverir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məluma...

Gəncədə həmyaşıdını bıçaqlayan şəxs saxlanıldı

Xəbər verildiyi kimi ötən gün Gəncədə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində 40 yaşlı M. Abbasova  kəsici alətlə xəsarət yetirilib. ...

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki,...

Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı NEKROLOQ YAYDI - FOTO

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.   Sfera.az xəbər verir ki...

Sahibkarlara dəstək var: "Bank of Baku"dan 100.000 AZN-dək sahibkar krediti!

"Bank of Baku" strateji hədəflərindən biri olan kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə sərfəli maliyyə fürsətləri yaratmağa dava...