İt poçtalyonu dişlədi - Sahibi həbsdən yayınsa da, it evtanaziya ediləcək
Alman çoban iti poçtalyona hücum edib. Qolundan və ombasından dişlənən Britaniya Kral Poçtunun işçisi təcili cərrahi əməliyyat olunub. Itin sahibi həbsxanadan yayına bilib, lakin it evtanaziya ediləcək.
Sfera.az bildirir ki, “Royal Mail” əməkdaşına hadisədən sonra travma sonrası stress pozğunluğu diaqnozu qoyulub. O, aldığı xəsarətlərə görə 5 aylıq işdən çıxmaq məcburiyyətində qalıb.
57 yaşlı Adele Kessidi itini ağızsız gəzdirirmiş və bu, birinci hal olmayıb. İtin əvvəlki hücumundan sonra səlahiyyətlilər onu qəfəsə salmağı əmr edib. Daha əvvəl it evə gələn sosial işçiyə hücum edib. Nəticədə zərərçəkən kürəyindən və qolundan xəsarət alıb.
Poçt işçisi həyətdə poçt qutusunun yanında olarkən, it məftil hasarın altından sürünərək onun üstünə atılıb.
Məhkəmədə Kassidi nəzarətdən kənar itinin insana xəsarət yetirməsi ilə bağlı ittihamı boynuna alıb.
Hakim müttəhimi “it baxmağa yararsız adam” adlandırıb və ona 18 ay həbs cəzası verib. İtin sahibi iki il müddətinə azadlıqdan məhrum edilib. Ellie adlı iti isə evtanaziya etmək qərarına gəliblər.
Məhkəmə, 21 yaşlı poçtalyonun 5 avqust 2022-ci ildə quduz itin hücumuna məruz qaldığı zaman dəhşətdən necə donub qaldığını və ağrıdan qışqırdığını dinləyib.
Xəsarət alan poçtalyonu qanlı köynək və şortikdə xəstəxanaya aparılıb. Qolundan ağır xəsarətlər aldığı üçün müalicə olunub. Hücumdan bir il sonrakı müddətdə onun qolunun yalnız 70% sağalıb.
Poçtalyon ifadəsində əvvəllər də işləyərkən it dişlədiyini qeyd edib və bunu peşə təhlükəsi adlandırıb. Amma o, əvvəllər heç vaxt belə bir hücuma məruz qalmadığını və ən çox itin uşaqlara zərər verə biləcəyindən ehtiyat etdiyini bildirib.
Poçtalyon uzun müddət stressdən uzaq qalmalı olduğunu və heç nə qaldıra bilmədiyini deyib. Hazırda o, posttravmatik stress pozğunluğu ilə bağlı müalicələr alır.
Qeyd edək ki, itin sahibi əvvəllər də eyni cinayətə görə məhkum olunub. 2021-ci ildə o, iti qəfəsdə saxlamalı və təlim etməli idi. Lakin hakimin iradına əsasən, Kassini bunlardan heç birini etməyib.
Müttəhim damı və kilidi olan “yüksək keyfiyyətli” qəfəs aldığını, hücum günü tələsdiyi üçün onu düzgün bağlamadığını iddia edib.
O, maddi sıxıntılarından və evsiz qalmamaq üçün üç işdə işləməli olduğundan danışıb. Maliyyə problemləri qarşısında niyə hələ də bu iti saxladığını soruşduqda, qadın itin stresin öhdəsindən gəlməyə kömək etdiyini bildirib. O, həmçinin iddia edib ki, bu, ona ruhdan düşməməyə imkan verən yeganə şeydir.
İndi isə məhkəmədə ona üç il müddətinə it saxlamaq qadağan edilib.
Aynil
Sfera.az