Təhlükə yarada biləcək sürücülər məsuliyyətə cəlb edildilər - VİDEO

Təhlükə yarada biləcək sürücülər məsuliyyətə cəlb edildilər - VİDEO

Bakıda narkotik və spirtli içkilərin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən oktyabrın 18-də keçirilən tədbirlər nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən ediliblər.

 

Vətəndaşlardan daxil olan çoxsaylı şikayət əsasında aparılan araşdırmalarla nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən 20, sərxoş vəziyyətdə avtomobil idarə edən 51, avtoxuliqanlıq edən 13, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən 22 nəfər taksi sürücüsü aşkarlanıb.

 

Həmin sürücülərin sırasında çoxluq təşkil edənlər “Toyota Prius” markalı avtomobil idarə edən şəxslər olublar ki, onların da bir neçəsinin taksi fəaliyyəti adı altında paytaxt ərazisində narkokuryerlik etmələri üzə çıxıb. Bakı şəhərində hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: “O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi” – FOTO

  Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.   Sfera.az&nbs...

Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.   Sfera.az xəbərverir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məluma...

Gəncədə həmyaşıdını bıçaqlayan şəxs saxlanıldı

Xəbər verildiyi kimi ötən gün Gəncədə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində 40 yaşlı M. Abbasova  kəsici alətlə xəsarət yetirilib. ...

Arif Babayevin dəfn yeri MƏLUM OLDU

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki,...

Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı NEKROLOQ YAYDI - FOTO

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.   Sfera.az xəbər verir ki...

Sahibkarlara dəstək var: "Bank of Baku"dan 100.000 AZN-dək sahibkar krediti!

"Bank of Baku" strateji hədəflərindən biri olan kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə sərfəli maliyyə fürsətləri yaratmağa dava...