"Prius"la narkokuryerlik edənlər saxlanıldı - VİDEO

Bakıda narkotik və spirtli içkilərin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyi məqsədi ilə polis əməkdaşları tərəfindən oktyabrın 18-də keçirilən tədbirlər nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən ediliblər.

 

Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalarla nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən 20, sərxoş vəziyyətdə avtomobil idarə edən 51, avtoxuliqanlıq edən 13, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən 22 nəfər taksi sürücüsü aşkarlanıb.

 

Həmin sürücülərin sırasında çoxluq təşkil edənlər “Toyota Prius” markalı avtomobil idarə edən şəxslər olublar ki, onların da bir neçəsinin taksi fəaliyyəti adı altında paytaxt ərazisində narkokuryerlik etmələri məlum olub.

 

Bakı şəhərində hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...