Məmurun səhvi onun həyatını alt-üst etdi: 38 il qadın kimi yaşadı - FOTO

Məmurun səhvi onun həyatını alt-üst etdi: 38 il qadın kimi yaşadı - FOTO

Qeydiyyat şöbəsinin müdirinin səhvi ucbatından cinsiyyəti yanlış qeydə alınan Auburn Bodur 38 il kişi olduğunu sübut etməyə çalışıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, çəhrayı şəxsiyyət vəsiqəsi verilən Bodur hərbi xidmət keçə, övladlarını qeydiyyatdan keçirə və iş həyatı boyu sığorta ala bilməyib.

 

Bodurun səhv şəxsiyyəti səbəbiylə məhkəmə davası 38 ildən sonra yekunlaşıb. Hüquq mübarizəsi zamanı 15 hakim və 19 prokuror dəyişsə də, Bodur şəxsiyyətini dəyişə bilməyib.

 

O, vəsiqəsini alan kimi ilk işinin əsgərliyə getmək olduğunu da söyləyib: "Uşağımın əsgərlik yaşı gəldi, amma mən gedə bilmədim. Keçən il fərari olduğumu dedim və əsgərliyə getmək istədiyimi bildirsəm də, çağırış idarəsi məni göndərmədi”.

 

 Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR