Neftin qiyməti yüksək olmasa valyuta ehtiyatlarımız azalacaq - PROQNOZ

Neftin qiyməti yüksək olmasa valyuta ehtiyatlarımız azalacaq - PROQNOZ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Neft Fondu) aktivlərinin qarşıdakı illərdə də artması üçün ixrac etdiyimiz neftin qiyməti 70 dollardan yüksək olmalıdır.


Sfera.az xəbər verir ki, Azərbaycan hökumətinin hazırladığı proqnoza əsasən, 2028-ci ilə qədər Neft Fondunun aktivlərinin artması neftin qiymətindən daha çox asılı olacaq. 


Hazırlanan proqnozda neftin qiymətinin 5 səviyyəsi əsasında Neft Fondununu aktivlərinin həcmindəki dəyişiklik əksini tapıb. 


Proqnoza görə, 2023-cü ilin sonunda aktivlərin dəyəri 54,1 milyard dollara yüksələcək. Əgər neftin qiyməti növbəti 4 ildə (2024-2027) 40 dollar olarsa, aktivlərin dəyəri 42,5 milyard dollara geriləyəcək. 


Orta qiymət yüksəldikcə aktivlərin azalması həcmi zəifləyəcək. Belə ki, orta qiymət 50 dollar təşkil edərsə, dörd ildən sonra aktivlərin dəyəri 46,5 milyard dollara, 60 dollar olarsa 50,5 milyard dollara enəcək. 


Qiymət 70 dollar olduqda aktivlərdə azalma dayanacaq və ümumi dəyər sabit qalacaq. 


Yalnız neftin orta qiyməti 70 dolları ötdükdə Neft Fondunun aktivlərinin dəyəri yüksələcək. Əgər orta qiymət 80 dollar olarsa, 4 ildən sonra Neft Fondunun 58,6 milyard dollar aktivi olacaq. 


Qeyd edək ki, hökumət bu proqnozu hazırlayan zaman bir neçə göstəricini nəzərə alıb. Neft Fondunun aktivlərinə təsir edəcək əsas amillər dövlət büdcəsinə transfertlərin məbləği, aktivlərin yerləşdirilməsindən və idarə edilməsindən əldə edilən gəlirlər olacaq. Məsələn, bu il Neft Fondunun aktivlərində ciddi artım müşahidə edirik. İlk 9 ayda Neft Fondunun aktivlərinin dəyəri 5,5 milyard dollar artaraq 55,5 milyard dollara çatıb. Hökumətin proqnozuna görə, bu ilin sonunda aktivlərin dəyəri 54 milyard dollar olmalıdır. Göründüyü kimi hələ ilk 9 ayda faktiki məbləğ proqnozdan çox olub. Bunun səbəbi Neft Fondundan dövlət büdcəsinə transfertin az olması və investisiya edilən sahələrdə gəlirliliyin artması ilə bağlıdır. 


Deməli, əgər növbəti illərdə də büdcəyə transfertin məbləği nəzərdə tutulandan az olarsa və neftin qiyməti əlverişli səviyyədə qalarsa, Neft Fondunun aktivləri hətta neftin qiymətinin 70 dollar səviyyəsində də artacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...