Muğan bank böhranının verdiyi dərs – Pulumuzu hansı banklarda saxlamalıyıq?

Muğan bank böhranının verdiyi dərs – Pulumuzu hansı banklarda saxlamalıyıq?

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv edib. Belə ki, Muğan Bank artıq fəaliyyətini dayandırıb.

 

Bu isə haqlı olaraq ənənəvi sualı yenidən aktuallaşdırıb: əmanətləri hansı banklarda qorumaq daha təhlükəsizdir?

 

Mövzu isə bağlı açıqlama verən iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, vətəndaşlar əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər:

 

“Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz”.

 

Sfera.az deputatın tövsiyyə etdiyi föstəricilərə cavab verən banklarla bağlı araşdırma aparıb. Araşdırmaya əsasən, hazırda 12 ay müddəti üçün ən yüksək əmanət faizlərini Bank VTB Azərbaycan, AccessBank, Bank of Baku, Unibank, Yelo Bank, Bank BTB, Rabitəbank, Naxçıvanbank və Turanbank təklif edir.

 

Hazırda illik faiz dərəcəsi 12%-ədək olan manat əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. İllik faiz dərəcəsi 12%-dən yuxarı olan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə (bank müflis olduqda, lisenziyası ləğv edildikdə) kompensasiya ödənilmir. Eyni zamanada, illik dərəcəsi 12%-ədək olan, lakin məbləği 100 min manatdan çox olan əmanətlər üzrə 100 min manatadək kompensasiya ödənilir.

Qeyd edək ki, 01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanət üzrə faiz gəlirləri Vergi Məcəlləsinə əsasən 10% gəlir verigisinə cəlb olunur.

 

Aksiya üzrə faiz dərəcəsi (17.09.2023 tarixdən etibarən, yalnız kampaniya çərçivəsində həmin kampaniyanın şərtləri daxilində açılan əmanətlərə şamil olunur).

 

“Bank Melli İran” Bakı filialında minimal məbləğ 5 000 manatdan az olmamaq şərtilə vəsaitlər 6 ay müddətinə depozitə yerləşdirilə bilər. Faizlər hər ay alındıqda 2%, müddətin sonunda götürüldükdə isə 3% təşkil edir.

 

Depozitin valyutası, müddəti və faizlərin alınması sxemindən asılı olaraq təyin olunur. Minimal məbləğ - PAŞA Bank əmək haqqı sahibləri üçün 20 000 ş.v (region filiallarında 15 000 ş.v), digər müştərilər üçün 30 000 AZN (region filiallarında 20 000 AZN) təşkil edir.

 

Əmanətin minimal məbləği: 10000 AZN/USD/EUR.

 

Turanbankda əmanət onlayn yerləşdirdikdə faizlər 10% (aylıq) və 10,5% (müddətin sonunda) təşkil edir.

 

Qeydlər:

 

- Cədvəldə; faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 illik (12 ay) qəbul edilən Manat əmanətinin faizləri göstərilib.

 

- Bir sıra banklar əmanətin məbləğindən və müddətindən asılı olaraq müştəriyə əlavə faiz, bonus, kart, hədiyyələr və imtiyazlar (aşağı faizlə, zaminsiz kredit) təqdim edirlər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR