“Naxçıvan” Universitetinin bağlanması ilə bağlı yayılan xəbərlər DEZİNFORMASİYADIR – RƏSMİ

“Naxçıvan” Universitetinin bağlanması ilə bağlı yayılan xəbərlər DEZİNFORMASİYADIR – RƏSMİ

“Bu gün “Naxçıvan” Universitetinə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki, xəbər həvəskarları da yoxlamadan bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu xəbər dezinformasiyadır. Universitetimiz əvvəlki qaydada fəaliyyətin davam etdirir”.

 

Sfera.az xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov bildirib.

 

“Eyni zamanda xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb?

 

Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan sonra əksinə Universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ hallar tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirilib və təlklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib. Sabah - 20 oktyabrda Universitetimizdə dünya şöhrətli alim Nobel Mükafatçısı Aziz Sancarla naxçıvanlı tələbələrin və ziyalıların videogörüşü olacaq.

 

Hər kəsdən xahişimiz budur ki, heç bir rəsmi mənbəyə istinad etməyən xəbərlər paylaşılmasın.

 

Universitetimiz hər zaman media, mətbuat nümayəndələrinə  və ümumiyyətlə, cəmiyyətdə hər kəsə açıqdır.

 

İnanıram ki, biz əməkdaşlığımızı gələcəkdə belə xəbərlərlə deyil, əsaslı və inkişafa töhfə verəcək xəbərlər əssında quracağıq.

 

Hər kəsə anlayış üçün minnətdarıq”.


OXŞAR XƏBƏRLƏR

Qusmandan Əliyevə TƏKLİF

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans k...

Azərbaycanda 7 130 məzun fərqlənmə attestatı alıb

2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 072 nəfər məzun adi attestat, 7 130 nəfər isə fərqlənmə attestatı alıb.   Sfera.az x...

Süni intellektlə 500 mindən çox izləyici qazandılar

Yeni rok qrupu “The Velvet Sundown” cəmi iki həftə ərzində “Spotify”da 500 mindən çox aylıq dinləyici qazanıb və bir ayda iki albom bura...

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət&...

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

  ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.   Sfera.az xəbər verir ki, veriliş zamanı "...

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.   Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, had...