ABŞ Venesuelaya sanksiyaları dayandırdı, neft ucuzlaşdı

ABŞ Venesuelaya sanksiyaları dayandırdı, neft ucuzlaşdı

ABŞ Venesuelaya qarşı tətbiq etdiyi neft sanksiyalarını 6 ay müddətində ləğv edib. 


Sfera.az xəbər verir ki, bu, Nikolos Maduro hökumətinin gələn il keçiriləcək seçkilərdə müxalifətin də iştirakına razılıq verməsindən sonra baş tutub. 


Qəbul edilən qərardan sonra, Venesuelanın dövlət şirkəti olan PDVSA-nın ixrac qabiliyyəti artacaq. Gündəlik istehsalın təxminən 200 min barel artacağı gözlənilir. Bu, ölkədəki istehsalın 25 faiz artması deməkdir. 


ABŞ-nin sanksiyaları yumşaltması İsrail və HƏMAS arasındakı hərbi qarşıdurmanın neft qiymətlərinə təsirini neytrallaşdırmağa kömək edəcək. Oktyabrın 7-də silahlı qarşıdurmanın baş verməsi neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olmuşdu. 


Bazarda qiymət artımlarının daha da güclənməməsi üçün ABŞ Venesuellaya güzəştə getməli oldu. Bu gün birjalar açılanda “Brent” nefti 1 faizdən çox ucuzlaşıb. Sanksiyaların yumşaldılmasının uzunmüddətli təsiri isə qarşıdakı günlərdə bəlli olacaq.  


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...