Azərbaycanda ən çox qadın sahibkar bu bölgədədir

Azərbaycanda ən çox qadın sahibkar bu bölgədədir

Azərbaycanda bu ilin oktyabrın 1-nə olan məlumata əsasən, 1,3 milyon fərdi sahibkar var. 


Sfera.az xəbər verir ki, fərdi sahibkarların 22,6 faizi, yəni 293,5 mini qadındır. 


Qadınlar fəaliyyət növləri arasında “kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahəsində sahibkarların 25,2 faizini, “ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,3 faizini təşkil edir.


Sahibkar qadınların 28,9 faizi Bakıda, 10,3 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (27,5%), Gəncə-Daşkəsən (25,7%), Naxçıvan Muxtar Respublikası (25%), Bakı (24,3%), Lənkəran-Astara (22,7%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda balıqların kütləvi ölümü: araşdırma aparılır

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.   Sfera.az Report-a istinadla xəbər verir ki...

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...