ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxananı kimin vurduğunu AÇIQLADI - RƏSMİ

ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxananı kimin vurduğunu AÇIQLADI - RƏSMİ

ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxananı kimin vurduğunu açıqlayıb.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Senatının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədr müavini Marko Rubio danışıb. “Kəşfiyyat Komitəsi Qəzzada Əl-Əhli xəstəxanasına hücumla bağlı kəşfiyyat məlumatlarını qəbul edib və nəzərdən keçirib”, deyə Rubio söyləyib.

 

O, fikirlərini bu cür davam etdirib: “Bu məlumatlara əsasən əminliklə deyə bilərik ki, Qəzza zolağında 800-dən çox sakinin ölümü ilə nəticələnən xəstəxanaya hücum İsrail ordusu deyil, terrorçular tərəfindən həyata keçirilib”.

 

Xatırladaq ki, Qəzza zolağında xəstəxanaya hücum oktyabrın 17-də baş verib. Əvvəlcə İsrail və HƏMAS hadisədə bir-birini günahlandırıb. Yaxın Şərqin bir çox ölkəsi də İsrailə qarşı ittihamlar səsləndirib. Hadisədən az sonra İsrail tərəfi bəyan edib ki, mülki infrastruktura hücuma “İslami Cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı səbəb olub. Mark Rubio isə öz açıqlaması ilə İsrailin versiyasını təsdiqləyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...