Azərbaycanda bankların sayı 23-ə düşdü
Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin oktyabrın 18-də qəbul etdiyi qərarla ölkəmizdə fəaliyyət göstərən bankların sayı 23-ə düşüb.
Sfera.az xəbər verir ki, Azərbaycanda 2015-ci ildə baş verən devalvasiyadan sonra bankların sayının azalması müşahidə edilir.
2015-ci ilin fevralında, birinci devalvasiyanın baş verdiyi tarixdə ölkəmizdə bankların sayı 45 idi. Həmin ilin dekabrında ikinci devalvasiya baş verəndə bankların sayı 43-ə düşmüşdü. İkinci devalvasiyanın ardından bankların bəziləri müflis oldu, bəzilərinin isə lisenziyasını riskli vəziyyətdə olduqları nəzərə alınaraq AMB tərəfindən ləğv edildi.
2023-cü ildə isə 25 kommersiya bankı var idi. AMB-nin cari ildə qəbul etdiyi qərarlarla iki bankın lisenziyası ləğv olunaraq 23-ə salınıb.
Vasif