“Tam hüquqlu Fələstin dövləti yaradılmalıdır” - Medvedyev

“Tam hüquqlu Fələstin dövləti yaradılmalıdır” - Medvedyev

“İsrail-Fələstin münaqişəsi regional, hətta qlobal müharibəyə çevrilə bilər”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, qeyd edib ki, Moskva üçün Ukrayna savaşında uğur əldə etmək daha vacib olsa da, Fələstin və İsraildə baş verənlərə görə də narahatlıqları var.

 

“Hazırkı qarşıdurmanın nəticələri, çoxsaylı insan tələfatı, dağıntılar göz qabağındadır. Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanaya raket hücumu isə dəhşətli faciə idi. Çoxları ağır yaralanıb və onlar əlil qala bilərlər. Sözügedən hadisə xəstəxanalar və tibb işçilərinin beynəlxalq humanitar hüquqla qorunmasına baxmayaraq baş verib”, - Medevedev bildirib.

 

O həmçinin, xəstəxanaya hücumu qınayıb və bunu “barbar hərəkət” adlandırıb.

 

“Yaxın Şərqdəki münaqişə düzgün həll olunmasa, bu, yüzillik müharibəyə və ya qısamüddətli nüvə müharibəsinə çevrilə bilər. Problemi birdəfəlik həll etməyin yeganə yolu tam hüquqlu Fələstin dövlətinin yaradılması və 1947-ci ildən bəri qəbul edilmiş bütün fundamental siyasi qərarların həyata keçirilməsidir”, - deyə Medvedev əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda balıqların kütləvi ölümü: araşdırma aparılır

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.   Sfera.az Report-a istinadla xəbər verir ki...

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...