Öldürülən müğənninin atası: "Vaxtında da bu qız ona ərə gedəndə..." - VİDEO

Öldürülən müğənninin atası:

“Heç yerdə işləmirdi. Vaxtında da bu qız ona ərə gedəndə, evimizdə 1 ay söz-söhbət oldu. O qədər yalanlar demişdi ki... Xalaoğludur, işi-gücü, hər yerdə evi-eşiyi... Gedən gündən xoş günü olmadı. Ayrıl dedik, ortalıqda uşaq var dedi”.

 

Sfera.az Olay.az-a istinadən xəbər verir ki, bu sözləri “Günə son” verilişində qətlə yetirilən müğənni Yaqut Nərimanın anası deyib.

 

“O evi biz almışıq. Gəlib hazır evdə oturub. Yaqut ona maşın da aldı. Dedi taksi sürücüsü kimi işlə, övladın var. Hansı gün Yaqut ona pul verirdi, günü xoş olurdu. Pul verməyəndə bütün kuklaları doğrayıb eyvandan çölə tökürdü. Üç dəfə o evə polis çağırıb. Gəlib 30 min pul istəyib. Yaqut o qədər pulu niyə verməlidir? Bıçağı atıb buna. Şah damarına dəyib və partlayıb. Bir də atıb və başında əməliyyat olunan yerə dəyib. Uşağımı doğmalarım, nəslim-köküm öldürdü” – deyə mərhum ifaçının anası vurğulayıb.

 

Qətl hadisəsi ilə bağlı Y.Nərimanın atası da danışıb: "Qızım deyirdi ki, ata, onu evə qeydiyyata sal. Razı olmurdum. Vaxt gələr, görərsən atan uzaqgörəndir dedim. O qədər danışırdı, ard-arda siqaret çəkirdi. Gördüm başım fırlanır. Onun da gözləri qızarmışdı. Bildim ki, bu çəkir. Yoldaşıma da dedim ki, bunun həyatı pozulub, atası kimi olacaq”.

 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...