Azərbaycanın bürcü nədir? – Zirəddin açıqladı

Azərbaycanın bürcü nədir? – Zirəddin açıqladı

Tarixi qələbə ilə bitən Vətən müharibəsinin simvollarından biri də 44 rəqəmidir. Adətən numerologiyada rəqəmlər belə hesablanır: 44 – 4+4=8, 8+8=16, 1+6=7.

 

Son alınan rəqəm 7-dir. 7 müqəddəs rəqəm hesab olunur.

 

Bəs numerologiyada 44 rəqəmi haqda nə deyilir?

 

Sfera.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev deyib ki, qoşa rəqəmlərdə enerji və güc var.

 

Onun sözlərinə görə, 44 rəqəmi qeyri-adi gücə malikdir:

 

“44 günlük Vətən müharibəsində ölkəmizin qalib gəlməsi bir daha onu göstərir ki, həmin rəqəm doğrudan da Azərbaycan üçün uğurludur. 44 rəqəminin hesablanması 7 rəqəmini ortaya çıxarır.

 

Səhv etmirəmsə, qədim misirlilər, fironlar da 7 rəqəminin uğurlu olduğuna inanıblar. Həm də 7 göy, 7 yer, 7 cənnət deyirik”.

 

Ekstrasens deyib ki, hər bir regionun, dövlətin, özünəməxsus bürcü var:

 

“Azərbaycanın bürcü əqrəb bürcüdür. Mən də əqrəb bürcü altında dünyaya gəlmişəm. Bəzən özümdə olan bu hissləri, gücü Azərbaycanla əlaqələndirirəm”.


OXŞAR XƏBƏRLƏR