“Şeytan Adam" olmaq üçün üç barmağını çıxardı - FOTO

“Şeytan Adam

Bədən modifikasiyasına aludə olan "Şeytan Adam" ləqəbli şəxs son elədikləri ilə bəzilərini şoka salıb.
 

Sfera.az bildirir ki, Mişel "Diabao" Praddo əllərini "pəncəyə" çevirmək üçün sağ əlindəki çeçələ və üzük barmaqlarını, eləcə də sol əlindəki üzük barmağını kəsib.
 

49 yaşlı bədən modifikatoru pərəstişkarlarına bunun bir döymə sənətçisi kimi işinə təsir edə biləcəyindən narahat olduğunu desə də, yeni qollarına öyrəşib.
 

"Əvvəlcə çox çətin idi, lakin tezliklə tatu ustası kimi demək olar ki, normal işə qayıtdım. Bəzən məndə ağrılar və xəyali hisslər olur ki, bunlar işləyərkən və ya başqa işlərlə məşğul olanda belə məni çaşdırır"- o deyib.


İndi yeni görünüşünə öyrəşmiş Mişel halından məmnundur. O, qərarını belə izah edib: “Mən həqiqətən özümü dəyişmək istəyirdim və çox xoşbəxt oldum”.
 

Lakin bu, onun məruz qaldığı ən radikal modifikasiya deyil. Hazırda Mişel Ginnesin Rekordlar Kitabında başında ən çox dərialtı buynuz implantasiyası olan şəxs kimi qeyd olunub.
 

Başındakı 33 implant onun görünüşünü kökündən dəyişib. O, istədiyi estetikaya nail olmaq üçün təxminən 60 müxtəlif prosedurdan keçməli olduğunu təxmin edir.
 

Bədəninin 85 %-i saysız-hesabsız döymələrlə örtülən Mişel “daha az insan" görünməyə çalışır. Sağ əlindəki barmaqları götürdükdən sonra sol əlini də caynağa çevirməyi planlaşdırır. Mişel ekstremal əsərini "La Garra" və ya "Pəncə" adlandırıb.
 

"Mənim üç sevgim var: işim, güc məşqlərim və bədən modifikasiyam” - modifikator son çevrilişini şərh edib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda balıqların kütləvi ölümü: araşdırma aparılır

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.   Sfera.az Report-a istinadla xəbər verir ki...

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...