Təkcə abort deyil - Britni Spirs Castinin elədiklərini açıqladı

Təkcə abort deyil - Britni Spirs Castinin elədiklərini açıqladı

Britni Spirsin “Məndəki qadın” kitabının buraxılış tarixi - 24 oktyabra yaxınlaşdıqca, sənətçinin dedikləri ilə bağlı daha çox təfərrüat mətbuata sızacaq.
 

Sfera.az bildirir ki, Castin Timberleyk keçmiş sevgilisinin səbirsizliklə xatirələrinin yayımlanmasını gözləyir.
 

Müğənni xatirələrində 1999-2002-ci illərdə birlikdə olduğu Castin Timberleykdən abort etdirdiyini qeyd etməklə yanaşı, onun xəyanətindən də danışıb.
 

Castin Timberleyk narahatdır ki, Britni Spirs öz xatirələrində onun haqqında daha ətraflı yaza bilər.


Eyni zamanda, Britni Castinin xəyanət etdiyi cazibədarın adını çəkməyib. O, sadəcə qadının başqa bir məşhur olduğunu yazmaqla kifayətlənib. Həmin məşhurun indi bir ailəsi var, Britni onu məhv və rüsvay etmək istəməyib. Hər cür məsxərə və lağ-lağı obyektinə çevrilmiş, psixoloji sarsıntı çəkmiş Britninin bu mövzuya həssas yanaşması da onun gözəl insan olduğunun göstəricisidir.
 

Qeyd edək ki, münasibətləri zamanı Britni və Castin ən gözəl və uğurlu cütlüklərdən biri hesab olunurdular. 2000-ci ilin sonunda Britninin 19 yaşı olanda hamilə qalıb.


"Sürpriz oldu, amma mənim üçün faciə deyildi. Castini o qədər sevirdim. Həmişə gözləyirdim ki, bir gün bizim ailəmiz olacaq. Bu, gözlədiyimdən çox tez baş verəcək. O isə uşaq sahibi olmağa hazır olmadığını ifadə edərək, "Biz çox gəncik” dedi. Əminəm ki, insanlar buna görə mənə nifrət edəcəklər, amma mən uşağı dünyaya gətirməməyə razılaşdım. Düzgün qərar olub-olmadığını bilmirəm. Əgər qərarı tək mənim öhdəmə buraxsaydı, mən bunu heç vaxt etməzdim. Yenə də Castinim ata olmaq istəmədiyinə o qədər əmin idim” - Spirs deyir.
 

Onun sözlərinə görə, abort həyatında yaşadığı ən ağrılı hadisələrdən biri olub. Üstəlik, bu, valideynlərinin belə bir addım atmağa təşviq etmədiyi tərbiyə tərzinə zidd idi.
 

Spirs indi ataları Kevin Federlaynla Havayda yaşayan 18 yaşlı Şon Preston və 17 yaşlı Ceydenin anasıdır.
 

Spirs onu aldatdıqdan sonra Timberleykdən ayrılıb. Daha sonra Castın utanmadan ona xəyanət edən bir qız haqqında oxuduğu “Cry Me a River” mahnısını yazıb. Bu azmış kimi, klipə Spirsə heyrətamiz dərəcədə bənzər bir model çəkib. Bundan sonra onun karyerası sürətlə yüksəlib, hamı Britnini Castindən ayrıldığına görə tənqid edib.
 

Həqiqətlər aşkara çıxdıqda isə Castin Britnidən üzr istəyib, hətta məhkəmə zamanı Britniyə dəstək olub.

 

Aynil

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR