Dünyanın digər tərəfindəki cəhənnəm - Minlərlə işçinin ölümünə səbəb olan Norilsk

Dünyanın digər tərəfindəki cəhənnəm - Minlərlə işçinin ölümünə səbəb olan Norilsk

Norilsk şəhəri dünyanın ən şimal yaşayış məntəqələrindən biridir, hətta Arktika Dairəsindən yuxarıda yerləşir. Rusiyanın ən çirkli şəhəri olan Norilsk məcburi əmək düşərgəsinin xarabalıqları üzərində qurulmuş şəhərdir. Halbuki bu şəhərdə 177 000 min insan yaşayır.
 

Sfera.az bu dəfə minlərlə insanın ölümünə səbəb olan şəhər haqqında maraqlı yazı təqdim edir.
 

Norilski dünyanın o biri ucundakı, yer üzünün cəhənnəmi adlandırıblar. Bəzi insanlar o qədər çarəsiz qalıb ki, hətta öz əllərini kəsiblər.


Norilsk Yenisey çayı boyunca Arktika Dairəsindən 250 mil şimalda yerləşir.

Təxmin etdiyiniz kimi, şəhərin iqlimi kifayət qədər soyuqdur. Yanvarda orta ən yüksək temperatur -14,8 dərəcədir. Ən aşağı temperatur rekordu isə 64-dür.
Şəhər o qədər soyuqdur ki, qışda işçilər donmaq qorxusundan avtobus dayanacaqlarında gözləyə bilmirlər.
İlin üç ayı demək olar ki, gün işığı olmur, iyun və iyul aylarında isə gecə olmur.


Lakin şəhərin sərt iqliminə baxmayaraq mövcudluğunun sirri qar altında basdırılan metalların zənginliyidir. Norilsk dünyanın ən qiymətli metal yataqlarından birində yerləşir. Norilsk mədənlərindəki metal ehtiyatları dünyada ən böyükdür və demək olar ki, iki milyard tondur. Beləliklə, bir dönəm şəhər dünyanın ən böyük nikel istehsalçılarından birinə və ən böyük palladium mənbəyinə çevrilir. Palladium elektronikada istifadə edilən ən qiymətli mineraldır və unsiyası 1500 dollardan çox qiymətə satılır. Həm də qarın altında çoxlu mis yataqları var.

 

Norilsk mədənləri əvvəlcə Sovet hakimiyyəti dövründə dövlətə məxsus Norilsk Nikel şirkəti tərəfindən idarə olunurdu.




Mədənlər 1993-cü ildə özəlləşdirilib və indiki adı “Nornickel”dir. “Nornickel” Norilskin ən böyük şirkətidir, burada təxminən 80.000 işçi çalışır. Əritmə zavodları və dağılmış sovet memarlığı ilə dolu bu sönük şəhərdə şirkət rəqib şirkətlərdən nisbətən daha yüksək maaş verməklə, işçiləri cəlb etməyə davam edir.
Norilsk 1920-ci illərdə faydalı qazıntı yataqlarına görə yaşayış üçün açılsa da, lakin şəhər rəsmi olaraq 1935-ci ildə Sovet lideri İosif Stalin tərəfindən qurulub.


Stalin Norilskdə qar altından metal çıxarmaq üçün yerləşdirilən “qulaqlar” adlı məcburi əmək düşərgələri sistemi yaradıb. Bu qulaq Norillag adlanırdı və burada bir çox siyasi “arzuolunmaz” insanlar yerləşirdi. 1935-1953-cü illər arasında buraya 650.000 məhbus göndərildiyi təxmin edilir. Qulaqda da şərait Arktikadakı kimi ağır idi. Məhkumlar təhlükəsizlik avadanlığı olmadan gündə 14 saata qədər işləyirdilər.
 

 

"Çətin iş idi... Çöldə mənfi 45, mənfi 50 olandan başqa heç bir istirahətimiz yox idi. Sizə ildə yalnız bir məktub yazmağa icazə verilirdi"- Norillagdan sağ çıxanlardan biri xatirələrində deyir.

 


 

Qulaqdakı bəzi məhbuslar o qədər çarəsiz idilər ki, işləməmək üçün öz əllərini kəsiblər. 1953-cü ildə Stalinin ölümündən sonra Qulaq iğtişaşları başlayıb. 1956-cı ildə Norillaq qulaq bağlanır. Lakin o vaxta qədər burada 250.000 məhbusun həlak olduğu təxmin edilir. Bu gün Norilskdə ağır şəraitdə həlak olan işçilərin xatirəsinə həsr olunmuş muzey var.
 

Norilsk sakinləri tez-tez öz şəhərlərini "ada", Rusiyanın qalan hissəsini isə "materik" adlandırırlar.
 

Şəhəri tərk etmək imkanı olan yerli sakinlər çox vaxt geri qayıtmaq istəmirlər. “The New York Times” 30 yaşlı sakindən Rusiyanın digər bölgələrinə tətilə gedəndə özünü necə hiss etdiyini soruşub.
 

"Mən həqiqətən geri qayıtmaq istəmirəm və geri dönməmək üçün hər şeyi verməyə hazıram" deyə cavab verdi.
Norilskdə davam edən mədən işləri Rusiyanın öhdəsindən gələ bilmədiyi ekoloji kabus yaradıb.


Norilsk əsasən ərimə prosesində yüksək kükürd dioksid tərkibinə görə dünyanın ən çirklənmiş şəhərlərindən biri hesab olunur. Bu kiçik şəhərdə bütün Fransadakından daha çox zərərli qazlar buraxılır.

 

2016-cı ildə nikel zavodlarından sızma yaxınlıqdakı Daldıkan çayını qırmızıya çevirib ki, nəticədə “Qanlı çay” adını alıb.




Norilsk şəhərində tənəffüs yolları xəstəliklərindən ölüm halları Rusiyanın qalan hissəsi ilə müqayisədə daha çoxdur. “Nornikel”in ətraf mühiti təmizləmək üçün atdığı addımlar zərərin sadəcə bir hissəsini təmizləyib. Beləliklə, 2019-cu ilə qədər kükürd dioksid emissiyaları 200 min ton azalıb. “Nornikel” gələcəkdə də mədənin modernləşdirilməsi və emissiyaların təmizlənməsi üçün təxminən 3,5 milyard dollar xərcləməyi planlaşdırır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR