"Ümid edirəm, İsraili dəstəkləməyənlər üçün problemlər yaranmayacaq" - Osman Gündüz

Gələn ay Lissabonda dünyanın ən nəhəng texnoloji forumu - Web Sammit keçirilməsi nəzərdə tutulub.Lakin bu tədbirin təşkilatçılarından birisinin, Peddi Kosqreyv-in sosial mediada Fələstini müdafiə edən və İsraili tənqid edən paylaşımları nəinki onu pis vəziyyətə salıb, artıq Web Sammitin də baykot edilməsi çağırışlarına rəvac verib.X sosial şəbəkəsində bununla bağlı müzakirələr çox qızışıb.Tanınmış bir çox qlobal investorlar, VC və İT şirkət rəhbərləri, global şirkətlərin rəhbərləri Sammitə qatılmaqdan imtina ediblər. Sonradan Peddi və Web Sammit rəsmiləri bir qədər tolerant və yumşaq münasibətlər sərgiləsələr də İsrail tərəfi bu texnoloji Sammitdən imtina edib, başqalarını da boykota səsləyib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu yanaşmalar düzgün deyil:

 

“Kimlərin onlara dəstək verərək Sammitə qatılmayacağını isə gələn ay görəcəyik.Artıq belə görünür ki, qlobal texnoloji elitadakı parçalanma texnoloji mühitdə də mənfi nəticələrə səbəb olacaq, işlər öz təbii axarında getməyəcək, qlobal güclərin siyasi-ideoloji maraqları texnoloji inkişafı əngəlləyəcək. Bütün bunlar isə heç bir halda doğru bir yanaşma deyil.Ümid edirəm, İsraili dəstəkləməyən startapların qlobal müstəvidə investisiya almaq və maliyyə resurslara çıxış imkanlarında problemlər yaşanmayacaq. Hansı ki, bunun çox çətin olacağı indidən görsənir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR