Özünü 12-ci imam kimi təqdim edən şəxsə hökm oxunub

Özünü 12-ci imam kimi təqdim edən şəxsə hökm oxunub

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

 

Hökmə əsasən təqsirləndirilən Aqil Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Prokuror çıxışı zamanı Aqil Babayevin 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.(apa)


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən güclü valyutaları - Əksəriyyəti kiçik ölkələrdir

Dünyada bir çox valyutalar dəyər itirərkən, dünyanın ən bahalı pul vahidi Yaxın Şərqin kiçik, lakin zəngin dövləti olan Kuveytə məxsus Kuveyt dinarı (KWD) olub....

Evlənmək üçün Azərbaycana gəlmək istədi, saxlanıldı

Türkiyədən Azərbaycana evlənmək məqsədilə gələn şəxs sərhəddə yaxalanıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, 1996-cı ildə Türkiyənin Iğdır ...

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən b...

Azər Yusifzadə vəfat etdi - FOTO

  Respublika Klinik Xəstəxanasının həkimi dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, xəstəxananın həkim-ümumi cərrahı Azər Yusifzadə ...

Şüa yerinə hüceyrə: Gələcəkdə xərçəng müalicəsi dəyişəcək

Elm və texnologiyada baş verən sürətli inkişaflar yaxın illərdə bir sıra ağır xəstəliklərin müalicəsini mümkün edə bilər.    Sfera.az xəbər veri...

Rusiyanı dayandırmaq mümkün olmur - Sanksiyalar fayda vermir

Ukrayna cəbhəsində Rusiya zəif də olsa irəliləyir. Qərbin bütün sanksiyalarına baxmayaraq Rusiyanı dayandırmaq hələ də mümkün olmayıb. Dünən açıqlanan məlumata ...