Tarif Şurasının son qərarı NARAZILIQ YARATDI: “Qiymətlərə yenidən baxılacaq”

Tarif Şurasının son qərarı NARAZILIQ YARATDI: “Qiymətlərə yenidən baxılacaq”

“Tarif Şurasının Bakı-Quba-Rusiya yeni avtomobil yolu üçün müəyyən etdiyi gediş tarifləri yüksəkdir”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, yəqin ki, bir müddətdən sonra qiymətlərə yenidən baxılacaq:

 

“Tarifin müəyyən edilməsi üçün nə qədər amillər təhlil olunsa da, ən böyük amil haqqında dəqiq məlumat yoxdur. Bu, tələb amilidir. Bunu isə heç bir müşahidə və ya təhlilərlə dəqiq hesablamaq mümkün deyil. Bu, yoldan istifadə edənlərin real sayı əsasında müəyyən olunacaq. Bundan sonra qiymətlərin endirilməsi və ya daha da artırılması məsələsi gündəmə gələcək. Əgər sürücülər qiymətdən narazı qalsalar, istifadə edənlərin sayı azalacaq. Bu isə gəlirlərə ciddi təsir edəcək”.

 

Ekspert bildirib ki, yola çəkilmiş xərcləri çıxarmaq üçün qiymətlərin tədricən endirilməsinə ehtiyac yaranacaq:

 

“Tarif Şurası tarazılıq nöqtəsini tapmalıdır. Bunun üçün isə tədrici yaxınlaşma daha effektiv və itkisiz olur. Vay o günə ki, avtomobil axını çox ola, o zaman qiymətlərə yenə baxılması və qiymətlərin qaldırılması ehtimalı çoxdur. Çünki onsuz da “yolun müştərisi” boldur. Təbii ki, bu zaman qiymətin qaldırılmasının səbəbi kimi tələbin çox olması göstərilməyəcək. Bu, sürücülər tərəfindən birmənalı qarşılanmaz.  Bu zaman tariflərin qaldırılması üçün ən çox istifadə edilən metoddan istifadə edilməsi daha ağılabatandır. Bu,  “xərclərimiz çoxdur” adlı məşhur metoddur.

 

Odur ki, əgər bu yolun da istifadəsinə görə qiymətlər artırılarsa, bunun səbəbinin yol-tikinti xərclərin, o cümlədən yolun keyfiyyətli saxlanılması xərclərinin çox olması ilə əlaqələndiriləcəyi daha realdır. Bütün hallarda bu yoldan istifadəyə dair qiymətlərin uzun müddətli dövr ərzində bu gün təyin edildiyi kimi qalacağını gözləmirəm. Tariflərə yenidən baxılması ehtimalı çox yüksəkdir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...