Bayden Netanyahuya: Bilirəm ki, bunu siz etməmisiniz...”

Bayden Netanyahuya: Bilirəm ki, bunu siz etməmisiniz...”

ABŞ prezidenti Co Bayden Əl-Əhli xəstəxanasına edilən hücumdan danışıb.

 

Sfera.az bildirir ki, o, Qəzzadakı hadisəyə görə İsraili deyil, başqalarını günahlandırıb. Bayden bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə söyləyib.

 

“Qəzzada dünənki xəstəxana partlayışına görə çox kədərlənir və qəzəblənirəm. Gördüklərimə əsasən deyə bilərəm ki, bunu siz yox, başqa tərəf edib”, deyə ABŞ prezidenti deyib.

 

Qeyd edək ki, Qəzzada xəstəxanaya raket hücumu nəticəsində 600 nəfərin öldüyü bildirilir. Mahmud Abbas olayla bağlı Fələstində 3 günlük matəm elan edib. Dünyanın əksər lideri bu hücumu pisləyib, eyni zamanda, Əmmanda insanlar İsrail səfirliyinə hücum edib. İsrail ordusu isə hücum etmədiyini, “İslami-Cihad”ın İsrailə atmaq istədiyi raketin xəstəxanaya düşdüyünü bildirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...