\"Neftçi\"nin \"Zenit\"lə oyununun tarixi və məkanı bəlli oldu

\

"Neftçi"nin Rusiyanın "Zenit" klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi və məkanı bəlli olub.

 

Bu barədə Sfera.az-a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

 

Qarşılaşmanın noyabrın 18-də, "Neftçi Arena"da təşkili planlaşdırılır.

 

Qeyd edək ki, "Neftçi" yayda Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində "Zenit"lə yanaşı, Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" komandaları ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi daha sonra Moskva "Spartak"ı ilə yoxlama görüşü keçirib.


OXŞAR XƏBƏRLƏR