Azərbaycanda ötən il nə qədər gənc dünyasını dəyişib? – RƏQƏMLƏR

Azərbaycanda ötən il nə qədər gənc dünyasını dəyişib? – RƏQƏMLƏR

Azərbaycanda ötən il 1 532 gənc dünyasını dəyişib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, dünyasını dəyişən gənclər ölkəmizdə ölən insanların (60 810 nəfər) 2,52 faizini təşkil edib. 


Son illərdə gənclərin sayının azalması səbəbindən ölüm sayında da azalma qeydə alınır. 2000-2011-ci illərdə hər il 1700-1800 gənc dünyasını dəyişdiyi halda, son illərdə bu göstərici 1300-1500 səviyyəsinə qədər geriləyib. Ən az ölüm 2018-ci ildə qeydə alınıb (1 327).


Yalnız 2020-ci və 2021-ci ildə gənclərin ölüm sayında artım baş verib. 2020-ci ildə 3 530 gənc dünyasını dəyişib ki, bunun da əsas səbəbi 44 günlük Vətən müharibəsi və COVID-19 virusunun yayılması olub. 


2021-ci ildə ölüm sayı 1 707-yə düşüb ki, həmin ildə də COVID-19 virusunun yayılmasının təsirləri görünür.


2022-ci ildə isə ölüm sayı bir qədər də azalıb. 


Gənclər arasında dünyasını dəyişənlərin böyük hissəsini kişilər təşkil edir. Ötən il ölən 1 532 gəncin 1 060 nəfəri kişi, 472 nəfəri qadın olub. 


Gənclər arasında ən çox ölüm 25-29 yaş arasında müşahidə olunur. Ötən il bu yaş aralığında 626 gənc dünyasını dəyişib. Ən az ölüm isə 15-19 yaş aralığında baş verib. Bu yaş qrupunda 374 gənc ölüb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...