İsrail-Livan müharibəsi hər an başlaya bilər – Gərginlik PİK HƏDDƏ
Dünya ictimaiyyətinin diqqəti Qəzza zolağına yönəldiyi halda İsrail Livan sərhədində hərbi gərginlik ən yüksək həddə çatıb.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər veriri ki, ötən gün Livan ərazisindən İsrail tanklarına qarşı raket hücumu həyata keçirilib və nəticədə 4 İsrail əsgəri yaralanıb. İsrail buna cavab olaraq raketin atıldığı ərazini artilleriya atəşinə tutub. İsrailə hücuma görə məsuliyyəti Livan “Hizbullah”ı öz üzərinə götürüb. “Hizbullah” tərəfindən verilən yazılı açıqlamada, ər-Rahib bölgəsində İsrail ordusuna aid “Merkava” tipli tanklara qarşı hücumun təşkil edildiyi bildirilib.
İki ölkə arasında vəziyyətin gərgin olduğunu ABŞ-nin öz vətəndaşlarına çağırışı da təsdiqləyir. ABŞ bu hadisədən sonra Livana səyahət xəbərdarlığını ən yüksək səviyyə olan 4-cü səviyyəyə qaldırıb. Eyni zamanda Livanın paytaxtı Beyrutdakı səfirliyində çalışan işçilərinin ailələrinə müraciət edərək ölkəni tərk etməyə çağırıb.
Vasif