Azərbaycana idxal edilən elektromobillər neçəyə başa gəlir?

Azərbaycana idxal edilən elektromobillər neçəyə başa gəlir?

2023-cü ildə Azərbaycanın elektromobil idxalında kəskin artım müşahidə edilir. İlin əvvəlindən yeni idxal şərtlərinin qüvvəyə minməsi elektromobil idxalına marağı artırıb. 


Sfera.az xəbər verir ki, yeni qaydalara əsasən istehsal tarixindən 3 ilə qədər vaxt keçən elektromobilləri gömrük rüsumu və əlavə dəyər vergisi (ƏDV) ödəmədən idxal etməyə icazə verilir. Təzə elektromobillərin idxalı zamanı gömrükdə yalnız xidmət haqqı ödənilir ki, onun da məbləği avtomobilin dəyərindən asılı olaraq maksimum bir neçə yüz manat olur. 


Elektromobil idxalının əlverişli olması bu növ maşınların alışını artırıb. Buna görə də bu il elektromobillərin idxalı bir neçə dəfə artıb. 


Dövlət Gömrük Komitəsinin yanvar-sentyabr aylarına aid olan məlumata əsasən, Azərbaycana 2 118 ədəd elektomobil idxal edilib. Ötən ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 301 ədəd idi. Müqayisə göstərir ki, bu il idxal olunan elektromobillərin sayında 7 dəfədən çox artım baş verib. 


İdxal edilən elektromobillərin sayı artmaqla yanaşı onun alışına çəkilən xərclər də artır. Başqa sözlə, alıcılar tədricən daha bahalı avtomobillərə maraq göstərir. 
2022-ci ildə idxal edilən bir elektromobilin orta dəyəri 33,7 min dollar (57,3 min manat) olduğu halda, bu il idxal edilən avtomobillərdə orta qiymət 40,6 min dollara (69 min manat) yüksəlib. 


Buradan görünür ki, avtomobil sahibləri daha yüksək qiymətə olan elektromobillərə maraq göstərməyə başlayıblar. Buna görə də elektromobil idxalına çəkilən xərc də kəskin artıb. 


Ötən ilin 9 ayında elektromobil idxalına 10,14 milyon dollar xərcləndiyi halda, bu il 86 milyon dollara yaxın pul xərclənib. 


İdxalın dinamikası göstərir ki, avtomobil alanlar gələcəkdə elektromobil idxalını və onlara çəkilən xərcləri artırmağa davam edəcəklər.


Vasif


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda balıqların kütləvi ölümü: araşdırma aparılır

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.   Sfera.az Report-a istinadla xəbər verir ki...

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...