Saakaşvilidən Paşinyana açıq məktub: “Putin sizi məhv etməyə çalışacaq, tələsin...”

Saakaşvilidən Paşinyana açıq məktub: “Putin sizi məhv etməyə çalışacaq, tələsin...”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

 

Sfera.az bildirir ki, o, məktubda Nikola müəyyən tövsiyələr verib və bunun ilk olduğunu vurğulayıb. Saakaşvili region, o cümlədən Ermənistanın taleyi ilə bağlı narahatlığını ifadə edib:

 

“Bu yaxınlarda MDB sammitində bu təşkilatın dağılmasında məni praktiki olaraq günahlandıran Rusiya və Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq, sizə bəzi məsləhətlər vermək istərdim. Siz hakimiyyətə xalq üsyanları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, “rəngli inqilab” nəticəsində gəldiniz. İnanın ki, ona sədaqət andı içsəniz də, o, sizi heç vaxt bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də “Roma statutu”nun təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla - daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək. Vaxtınız çox azdır”.

 

Sabiq prezident Paşinyanın Avropaya inteqrasiya üçün gecikdiyini bildirib:

 

“Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar açır. Müəyyən müddətdən sonra biz sərhədləri açıq olan üç Baltikyanı ölkə kimi yaşaya, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü bir kənara atmalısınız. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin, Avropa İttifaqı və NATO-ya ərizə verin. Nəhayət, siz Azərbaycanla sülh müqaviləsini dərhal imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız”.

 

Saakaşvili sözügedən məktubda fikirlərini bu cür yekunlaşdırıb: “Ümid edirəm ki, Putinin sizi məhv etməsinə və regionumuzu tamamilə sarsıtmasına imkan verməyəcəksiniz. Üzləşdiyimiz təhlükə realdır və dərhal hərəkətə keçməyi tələb edir. Bu dəfə tərəddüd etməyəcəyinizə ümid edirəm”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...