Azərbaycanda bu hallarda təyyarələrin uçuşuna icazə LƏĞV EDİLƏCƏK

Azərbaycanda bu hallarda təyyarələrin uçuşuna icazə LƏĞV EDİLƏCƏK

Hava əlaqələrinin yerinə yetirilməsi üçün verilən icazələrin ləğv edilməsi halları müəyyənləşir.

 

Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub.


Qanuna əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini həyata keçirmək üçün verilən icazələr aşağıdakı hallarda ləğv edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır:

 

- icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

 

- icazənin müddəti bitdikdə;

 

- icazənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

 

- icazənin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

 

- məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;

 

- icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

 

- icazənin müəyyən edilmiş şərtləri onun sahibi tərəfindən pozulduqda və ya yerinə yetirilmədikdə;

 

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş yoxlamalarının nəticələrindən asılı olaraq müəyyən etdiyi müddətdə aşkar olunmuş nöqsanlar aradan qaldırılmadıqda;

 

- istismarçı sertifikatının müddəti bitdikdə.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bakıda Vyetnam liderini qarşıladı

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşıla...

Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   Sfera.az Oxu.az-a...

Mahir buna görə “Nürnberq”dən gedir - razılaşmayıblar

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonun "Nürnberq"dən ayrılacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu...

Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi

Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.   Sfera.az bu barədə Serbiyanın "Tanjuq" agen...

Sənaye parkları bu elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında fər...

ABŞ və Çin arasında müqavilə imzalandı - Sular durulur?

Çin hökuməti, beynəlxalq ictimaiyyətin gözləntiləri, daxili maraqları və Amerika sənaye dairələrindən gələn çağırışları nəzərə alaraq, ABŞ ilə ticarət danışıqla...