Qurbanov bu mükafatı qazanan ilk azərbaycanlı oldu

Qurbanov bu mükafatı qazanan ilk azərbaycanlı oldu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) oktyabrın 21-i Macarıstanın paytaxtı Budapeştdə keçirəcəyi tədbirə yollanacaq.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı oktyabrın 20-də “Turan Tovuz”la səfər qarşılaşmasından dərhal sonra Budapeştə yola düşəcək.

 

Qurbanov “ədalətli oyun” prinsiplərinə görə verilən dünyanın ən nüfuzlu idman mükafatına layiq görülüb və bunu qazanan ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

 

“Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.

 

Ötən il Qurbanov UEFA Konfrans Liqasının “Qarabağ” – “Marsel” oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun jestləri ilə seçilib. O cümlədən, 2015/16 futbol mövsümündə “Qarabağ”ın Azərbaycan çempionatının 7-ci turunda "İnter"lə oyununda hakimin rəqib qapısına təyin etdiyi yanlış penalti zərbəsini Elvin Məmmədova qola çevriməməyi, 2018-ci ildə isə Antalyada “Kuban”la matçda hakimin "Qarabağ"ın lehinə verdiyi daha bir səhv penaltini Mahir Emreliye qapının yanından vurmağı tapşırıb.

 

Bütün bunlar Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.

 

AİJA Qurbanovu 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına - bir jest üçün nəzərdə tutulan “Pierre de Coubertin World Trophy” və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən “Jean Borotra World Fair Play Career” namizədliyini irəli sürmüşdü.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...