UNEC-də “Yelo Career Challenge” proqramı start götürüb

UNEC-də “Yelo Career Challenge” proqramı start götürüb

Yelo Bankın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclərə dəstək məqsədli layihələrin təşkilidir. Bu dəfə isə UNEC-də Bankın təşəbbüskarlığı ilə “Yelo Career Challenge” proqramına start verilib. Proqram Yelo rəhbərlərinin iştirakı ilə 8 günlük müxtəlif mövzulu təlimləri əhatə edir. Proqramın açılış mərasimində seçilmiş tələbələrlə tanışlıq görüşü keçirildi və proqramın məqsədləri haqqında ətraflı məlumat verildi. Növbəti günlərdə isə iştirakçılara karyera və müsahibə bacarıqlarını inkişaf etdirəcək, gələcək iş təcrübələrində faydalana biləcəkləri mövzularda təlimlər keçiriləcək. Proqramın sonunda onlayn və oflayn müsabihə qiymətləndirmələrinə əsasən ən aktiv gənclər Yelo Bank-da 1 aylıq ödənişli təcrübə imkanı qazacanaqlar!
 

Bu kimi layihələrə dəstək göstərməklə, Yelo Bank yüksək potensiala malik kadrların birbaşa universitetlərdən iş həyatına cəlb olunmasına çalışır. Hər zaman gənclərə dəstəyi ilə seçilən Yelo Bank gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.
 

Yelo Bank təcrübə proqramı ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp yelo.az hesablarımızı ziyarət edin.
 

Yelo Bank – Parlaq bankçılıq!


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...