Yəhudiləri xilas etmək üçün yaradılan dünyanın ən yaxşı xəstəliyi - K Sindromu

Yəhudiləri xilas etmək üçün yaradılan dünyanın ən yaxşı xəstəliyi - K Sindromu

Nasistlər 1943-44-cü illər arasında Romanı işğal ediblər.

Sfera.az
təqdim etdiyi bu yazıda məhz Romanın nasistlər tərəfindən işğalı dövrünü əhatə edir.


İtalyan yəhudiləri deportasiya edilərək konsentrasiya düşərgələrinə göndərilirdi. 10 minə yaxın yəhudinin həbs düşərgələrinə göndərildiyi bu dövr çox pis və fəlakətlərlə dolu idi.


16 oktyabr 1943-cü ildə Romada Tiber çayı yaxınlığındakı yəhudi gettosuna basqın edildi.
 

Roma ətrafında basqınlar zamanı 1200 yəhudi güllələnib. Bu qırğından cəmi 15 nəfər sağ qalıb.


Gettodakı qırğından qaçan yəhudilər Romadakı Fatebenefratelli xəstəxanasına gəliblər.

Xəstəxana qaçqınların üzünə qapılarını açıb, onları qorumağa çalışıb. Həkimlər Giovanni Borromeo, Adriano Ossicini və onların həkim dostları xəstəxanaya sığınan yəhudiləri birtəhər qorumaq və yaşatmaq istəyirdilər.


Bu həkimlər nasistlərin diqqətini çəkmədən plan qurub yəhudiləri ölümdən xilas etmək istəyirdilər. Onlar bu barədə çox düşünərək, nəhayət mükəmməl bir fikir əldə ediblər.


Xəstəxanaya sığınan yəhudilərdə karantində saxlanmalarını və kənar adamlarla qətiyyən təmasda olmamalarını tələb edən çox ciddi bir xəstəlik yaradıblar: K Sindromu.


Onların simptomları eynilə vərəmə bənzəyirdi: kənar adamlarla təmasda olmamalı və tamamilə steril karantində qalmalı idilər.
 

Yəhudilərdə bu yoluxucu və ölümcül xəstəlik “var idi “. Bu xəstəlik həqiqətən də nasist əsgərlərini qorxutmuşdu.
 

Nasist əsgərləri xəstəxanaya yaxınlaşmayıb, çünki K Sindromu həqiqətən qorxulu xəstəlik kimi təsvir edilmişdi.


Xəstəliyin əlamətləri həqiqətən qorxulu idi: Öskürək, epileptik tutma, nevroloji pozğunluq, iflic, yaddaş itkisi, tənəffüs çatışmazlığı.
Ən əsası sonda öldürürdü... Bütün bu əlamətlərə və nəticələrə əsasən K Sindromu insanların beyninə heç kimin tutmaması lazım olan bir xəstəlik kimi həkk olundu.
Əslində xəstəlik olmayan, yəhudiləri xilas etmək üçün icad edilən K Sindromu uzun illər əsl və təhlükəli xəstəlik kimi tanınıb.


Nasistlər həmişə K Sindromundan qorxurdular və uzaq durmağa çalışırdılar. Xəstəxanada olan yəhudilər isə K Sindrom xəstəliyinə tutulduqları və heç bir nasist yaxınlaşa bilmədiyi üçün təhlükəsiz yaşamağa davam edirdilər...


İllər sonra bütün araşdırmalar K Sindromunun tamamilə uydurma bir xəstəlik olduğunu ortaya çıxardı.


Bu uydurma xəstəliyin niyə K Sindromu adlandırılmasının arxasında da çox maraqlı bir hekayə var.
Tibbi qeydlərin inandırıcı olması üçün bu insanlarda görülən xəstəliyin bir adı olmalı idi.
 

Doktor Ossicini, K Sindromu xəstəliyinin adını dövrün nasist komandiri Albert Kesselrinq və Romanın nasist rəisi Herbert Kapplerin şərəfinə aldığını bildirirdi.


Bir müddət sonra xəstəxananın yəhudilərə meylli olması nasist əsgərlərinin diqqətini çəkdi və onlar xəstəxanaya basqın etdilər.
 

Amma həkimlər və xəstələr artıq bu basqına hazır idilər. Tibbi qeydlərdə bütün yəhudilərin K sindromu olduğu ortaya çıxdı və onlar əslində vərəm xəstəsi kimi öskürürdülər. Həkimlər bunun baş verəcəyini bildikləri üçün yəhudilərə öskürmələri üçün xəbərdarlıq ediblər.


İşğal dövründə K Sindromu da antifaşistlər arasında şifrəli sözə çevrilib və xəstəxana çoxlu yəhudini sığınacaq üçün K Sindromlu xəstələr kimi təqdim edərək xəstəxanaya yerləşdirib.


Soyqırım dayanıb işğal bitdikdən sonra xəstəxanada qalan yəhudilər və bu saxta xəstəlik sayəsində çoxlu insanı xilas edən həkimlər də rahat nəfəs aldılar.
 

21 iyun 2016-cı il tarixində xəstəxanaya “Həyat evi” verilib. Həmin vaxt xəstəxanada yaşayan və qalan yəhudilərin iştirakı ilə mərasim keçirilib.

O zaman qorxmadan bu xəstəliyi icad edən və bir çox insanların həyatını xilas edən həkimlər və işçilər haqqında sənədli film çəkilmişdi.
Həqiqətən, necə möhtəşəm hekayə və insanlıq adına gözəl addımdır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...