Nepalda bu kəndin bütün sakinlərinin tək böyrəyi var

Nepalda bu kəndin bütün sakinlərinin tək böyrəyi var

Başlığı oxuduqda, Nepalın kəndindəki insanların niyə yalnız bir böyrəyinin olması ilə bağlı müxtəlif fikirlər yarana bilər. İnsanları qurban verirlər? Yoxsa böyrəkləri yeyirlər? Əslində, baş verənlər bundan daha qorxulu və ürəkaağrıdıcıdır.
 

Sfera.az Nepalın şərqində kiçik bir yer olan Hokse kəndi haqqında maraqlı yazı təqdim edir.


Asiya qitəsinin ən kasıb yaşayış məntəqələrindən biri olan Hokse şəhərinin sakinləri çox çətin şəraitdə yaşamaq üçün mübarizə aparırlar.
Belə amansız şəraitdə yaşamaq üçün onlar ağlasığmaz qurbanlar verirlər.


Yaşayış şəraiti ağır olan belə kasıb şəhərdə yaşayan kəndlilər həqiqətən də pul qazanmaq üçün hər cür cəhd edirlər. Şəhərdə pul qazanmağın ən çox yayılmış yolu qorxulu da olsa, böyrəklərindən birini qara bazarda satmaqdır.


Verdikləri fədakarlıqlar böyük olsa da, qarşılığında aldıqları pul onları doyurmağa güclə çatır.


Hətta qara bazarda satdıqları orqanların pulunu çox vaxt tam ala bilməyən kəndlilərin qidalanması üçün çox vaxt böyrəklərini satmaq belə kifayət etmir.
 

Böyrəklərini sataraq qazandıqları pulla xırda tarlalar alırlar.

Çox vaxt orqanlarını satdıqları insanlardan pullarını ala bilməsələr də, aldıqları qiymətdən qat-qat az maaş alsalar da, böyrəklərini satdıqları pulla tarla alıb tərəvəz yetişdirməyə çalışırlar ki, məhsul əldə edə bilsinlər.
 

Orqan mafiyaları bilərəkdən Hokse kimi şəhərləri hədəf alır
 

Dünyada Hokse şəhəri ilə bərabər və ya bəlkə də ondan daha çətin şəraitdə yaşamağa çalışan bir çox yaşayış məntəqəsi var. Orqan mafiyaları xüsusilə Hokse kimi aşağı gəlirli ölkələri və həyat keyfiyyəti aşağı olan şəhərləri hədəf alır və təkliflər verir. Təbii ki, insanlar bu şərtlər altında pul qazanmaq üçün demək olar ki, hər şeyi edirlər.
 

Pul ehtiyacına görə böyrək alveri o qədər artıb ki, Nepal hökuməti pul müqabilində orqan bağışlanmasını qadağan edib.


Pul ehtiyacı o qədər artdı ki, Nepal hökuməti pul müqabilində orqan bağışlanmasını qadağan etdi.

 

2007-ci ildə Nepal hökuməti xəstəxanalarda pul qarşılığında xəstələrə orqan bağışlanmasını qadağan etdi. Ancaq bu qərar yalnız qara bazar orqan satışı və orqan mafiyalarının daha çox iş görməsinə səbəb oldu. Nepalda ildə təxminən on min əməliyyat edildiyi düşünülür.

 

Hokse şəhərində ana olmaq həqiqətən çətindir.


Hokse qəsəbəsində təkbaşına dolanmağa çalışan 4 uşaq anası uşaqlarını doyurmaq üçün böyrəyini satmalı olub. Təəssüf ki, normalda almalı olduğu məbləğdən xeyli aşağı ödəniş alan qadın səsini belə ucalda bilməyib.Orqan mafiyaları ilə necə danışıq aparmaq olar?
Təəssüf ki, orqan alveri əslində bütün dünyada böyük problemdir.


Təəssüf ki, orqan alveri əslində bütün dünyada böyük problemdir.


Nepal hökuməti Hokse şəhərində baş verənlərə görə məsuliyyət daşıya bilər, lakin dünyanın digər hökumətləri də ən azı Nepala kömək etməməkdə günahkardırlar. Dünyanın hər yerində insanlar pul qazanmaq üçün ağılları kəsən bizneslərlə məşğul olurlar və kifayət qədər dəstək olsa, bu kabusa son qoymaq olar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR