Xəritələrdə olmayan, dünya tərəfindən tanınmayan Dnestryanı bölgə - Transilvaniya
Dünya 30 ilə yaxındır ki, Dnestryanı bölgə (Transilvaniyanı) bir ölkə kimi tanınmamaqda israr edir. Dünya liderləri elə davranırlar ki, sanki bu ölkə yoxdur.
Sfera.az bu yazıda sizə öz meşələri, mənzərəsi ilə bütün görənləri heyran qoyan Transilvaniyanın maraqlı tarixini təqdim edir.
Min illər boyu dünyada çoxlu müxtəlif cəmiyyətlər və tayfalar mövcud olmuşdur. Bu cəmiyyətlər müxtəlif mədəniyyətlər tərəfindən tanınaraq mövcud olmuşlar.
Lakin bu gün “Dnestryanı” əksər dövlətlər tərəfindən tanınmır.
Dnestryanı Moldova ilə Ukrayna arasında yerləşən bir ölkədir. Sovet İttifaqı dövründə Moldovanın bölgəsi hesab edilən kommunist torpaqlarının bir hissəsi olub.
1989-cu ildə Sovet İttifaqı dağılmağa başlayanda ölkənin heç bir yurisdiksiyası yox idi və Ukrayna torpaq mülkiyyətinə görə Moldova ilə siyasi müharibə aparırdı. Bu torpaqda yaşayan insanlar nə Ukraynanın, nə də Moldovanın tərkibində olmaq istəmirdilər. Beləliklə, 1990-cı ildə Dnestryanını qurdular.
Ukrayna yarandıqdan sonra bu ölkəni Rusiyanın hərbi forpostu hesab edirdi. Ona görə də Dnestryanı məqsədinin nə olduğunu öyrənənə qədər ölkəni bloklamağa çalışıb.
Dnestryanı bölgənin idarə formasını müəyyən etmək çətindir. Hökumətin işləmə tərzi Amerika siyasətində ümumi olan birpalatalı qanunverici orqana əsaslanır.
Bu gün ölkəni yalnız Moldova, Rumıniya, Belarusiya və Ukrayna tanıyır, dünyanın qalan hissəsi bununla razılaşmır.
Dnestryanı insanların həyat tərzinə görə bəzi tarixçilər müasir Sovet İttifaqı adlandırırlar.
Son illərdə nostalji tur atmaq, Sovet İttifaqı dövründən qalan binaları görmək istəyən Şərqi Avropalılar ölkəyə səfər etməyə başlayıblar.
Gənclərin fərqli baxışı olsa da, sovet dövründə yaşamış əksər yaşlı insanlar kommunist həyat tərzini bəyəndiklərini, yaxşı həyat sürdüklərini bildirirlər.
Ölkə əhalisinin istehlak etdiyi məhsulların böyük hissəsini Ukrayna və ya Moldovadan təmin edir ki, bu da onun sosialist yanaşmasını mənimsədiyini göstərir.
Rusiya Dnestryanı bölgənin böyüməsinə maliyyə yardımı edir. Ukrayna isə Rusiyanın öz hərbi hissələrini Dnestryanı əraziyə gətirməsinə icazə verilməsindən narahatdır.
Ölkə sikkələri plastikdən hazırlanır. Plastik pullar əsasən nağd ödəniş edən əhalinin işini asanlaşdırır.
Ölkənin yaranmasından 30 il keçməsinə baxmayaraq, dünyanın əksər dövlətləri onu ölkə kimi tanımaq, dünya xəritəsinə salmaq belə istəmirlər.
Ölkə kasıb və kiçikdir, lakin bu, onu əhəmiyyətsiz etmir. Beynəlxalq qanunvericiliyə görə, onun ölkə kimi qəbul edilməməsi üçün heç bir səbəb yoxdur.
Dnestryanı ərazinin ölkə sayılmaması ilə bağlı ən çox yayılmış arqument ölkənin kiçik olmasıdır. Halbuki dünyanın ən kiçik ölkəsi sayılan Sealand altı nəfər əhalisi olan real ölkə sayılıb.
Bundan əlavə, Sealandın hökuməti və daimi ərazisi yoxdur.
Dnestryanı daimi ərazi hökumətinə və demək olar ki, yarım milyon əhalisi olmasına baxmayaraq ölkə kimi tanınmır.
Aynil
Sfera.az