Britni Spirs Castin Timberleykdən hamilə qaldıqdan sonra...  - ETİRAF ETDİ

Britni Spirs Castin Timberleykdən hamilə qaldıqdan sonra...  - ETİRAF ETDİ

Görünür, müğənni Castin Timberleykin oktyabrın 24-də kitab mağazası rəflərində yer alacaq Britni Spirsin "İçimdəki qadın" adlı xatirələrinin nəşrindən qorxmaq üçün kifayət qədər əsası var.

 

Sfera.az bildirir ki, Britni xatirələrində bir neçə ildir birlikdə olduğu müğənnidən hamilə qaldıqdan sonra abort etdirdiyini bildirib. Onun sözlərinə görə, Castin ata olmağa belə tez hazır olmayıb.
 

Britni 1999-cu ildə NSYNC qrupunun o vaxtkı 18 yaşlı üzvü ilə görüşməyə başlayanda cəmi 17 yaşında olub. Onların münasibəti 2002-ci ilə qədər davam edib.
 

Kitabda Spirs deyir ki, o, Timberleyk istədiyi üçün abort etdirib.

(Burada ətraflı)


Spirs kitabda hamiləlik haqqında yazır: "Castin hamiləlikdən qətiyyən məmnun deyildi. O, uşaq dünyaya gətirməyə hazır olmadığımızı, çox gənc olduğumuzu dedi".
 

Ayrıldıqdan sonra Timberleyk keçmiş sevgilisinə həsr etdiyi məşhur “Cry Me A River” mahnısını buraxıb. Mahnıda onu başqası üçün tərk edən qızdan danışılır. Britni uzun müddət keçmiş sevgilisinə əsəbiləşsə də, onun adını ləkələsə də, daim bu mövzuda səssizliyini qoruyub. O, sadəcə işi və mükafatlandırma mərasimlərində Castini də geridə qoyaraq birinci olması ilə ən gözəl cavabı verib. Lakin 20 il sonra Castin özündə güc taparaq, ictimai tənqid və qəzəbə tab gətirməyərək, üzr istəyib. Üstəlik, qəyyumluqdan azad edilməsi üçün məhkəmə zamanı Spirsi dəstəkləyib.


Qeyd edək ki, Britni daha sonra iki dəfə ana olub. Hal-hazırda müvafiq olaraq 18 və 17 yaşlarında olan Kevin Federlaynla evliliyindən olan oğulları Sean Preston və Jayden James dünyaya gətirib. Boşandıqdan sonra oğullar atalarının yanında qalıblar və Spirs onlar üçün aliment ödəyir. Uşaqlar bu yaxınlarda Kevinin yeni ailəsi ilə Havay adalarına köçüblər.
 

Castinə gəlincə, 19 oktyabr 2012-ci ildə o, aktrisa Cessika Billə ailə həyatı qurub. 2015-ci ilin aprelində cütlüyün Silas Randall adlı oğlu, 2020-ci ilin yayında isə ikinci övladı Phineas dünyaya gəlib.
 

Spirs öz xatirələrində 2007-ci ildə saçını qırxdırması hekayəsinə də işıq salır. Sənətçinin sözlərinə görə, o, bunu daim onu müzakirə edənləri dəf etmək üçün edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR