Müəllim direktor olmaq üçün 8 min manat verdi, aldadıldı

Müəllim direktor olmaq üçün 8 min manat verdi, aldadıldı

Sumqayıtda yerləşən musiqi məktəbinin vakant olan direktor vəzifəsinə təyin olunmaq istəyən həmin məktəbin müəllimi Musa Məmmədov (ad-soyad şərtidir) dələduzluqla üzləşib.

 

Sfera.az xəbər verir ki, eyni zamanda Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi (qiyabi) olan şəxs qrup yoldaşı olan 1979-cu il təvəllüdlü Nəsimi Zeynalov tərəfindən aldadılıb. Belə ki, Nəsimi Musanın niyyətindən xəbərdar olandan sonra ona yüksək vəzifədə çalışan qohumunun olduğunu bildirib. O, Musaya 8 min manat müqabilində vakant vəzifəyə təyin etdirəcəyinə söz verib və həmin pulu alıb. Lakin bir müddət sonra Nəsiminin dələduzluq etməsi üzə çıxıb.

 

Hadisə Gəncədə baş verdiyindən Musanın şikayəti ilə Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. İş daha sonra baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

 

Məhkəmədə Nəsimi Musadan aldığı pulların hamısını artıq qaytardığını və barışdıqlarını bildirib.

 

Məhkəmənin 13 oktyabr tarixli hökmü ilə Nəsimi Zeynalova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib və üzərinə bir sıra inzibati vəzifələr qoyulub.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən güclü valyutaları - Əksəriyyəti kiçik ölkələrdir

Dünyada bir çox valyutalar dəyər itirərkən, dünyanın ən bahalı pul vahidi Yaxın Şərqin kiçik, lakin zəngin dövləti olan Kuveytə məxsus Kuveyt dinarı (KWD) olub....

Evlənmək üçün Azərbaycana gəlmək istədi, saxlanıldı

Türkiyədən Azərbaycana evlənmək məqsədilə gələn şəxs sərhəddə yaxalanıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, 1996-cı ildə Türkiyənin Iğdır ...

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən b...

Azər Yusifzadə vəfat etdi - FOTO

  Respublika Klinik Xəstəxanasının həkimi dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, xəstəxananın həkim-ümumi cərrahı Azər Yusifzadə ...

Şüa yerinə hüceyrə: Gələcəkdə xərçəng müalicəsi dəyişəcək

Elm və texnologiyada baş verən sürətli inkişaflar yaxın illərdə bir sıra ağır xəstəliklərin müalicəsini mümkün edə bilər.    Sfera.az xəbər veri...

Rusiyanı dayandırmaq mümkün olmur - Sanksiyalar fayda vermir

Ukrayna cəbhəsində Rusiya zəif də olsa irəliləyir. Qərbin bütün sanksiyalarına baxmayaraq Rusiyanı dayandırmaq hələ də mümkün olmayıb. Dünən açıqlanan məlumata ...