Emin Əmrullayev: “Basketbolu brendlərin yarışına çevirmək istəyirik”

Emin Əmrullayev: “Basketbolu brendlərin yarışına çevirmək istəyirik”

“Keçən il arzular barədə danışırdıq, indi nəticələr barədə. Bu, çox qürurvericidir. Uğurlarda zəhməti olan hər kəsə təşəkkür edirəm”.

 

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatında 2023/24 mövsümünə həsr olunmuş tədbirdə deyib.

 

E.Əmrullayev ölkə rəhbərliyinin digər idman növləri kimi basketbola da böyük qayğı göstərdiyini vurğulayıb:

 

“Ölkə rəhbərliyinin bütün sahələrə göstərdiyi qayğı və dəstək hər birimiz üçün çox xoşdur. Biz də bu dəstəkdən faydalanırıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss edirik. Bu dəstək basketbolçuların gündəlik həyatına təsir edən amildir”.

 

O, ötən mövsüm Dünya Qadın Seriyasının Şuşa mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin çempion olmasını qürurverici adlandırıb:

 

“Son günlər Azərbaycan tarixində ən önəmli dövrlərdəndir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə müstəqilliyin ilk illərindən üzləşdiyi problemlər sona yetib. Bütün sahələrdə inkişaf üçün işıqlı gələcəklə üz-üzəyik. Ötən mövsüm Şuşada keçirilmiş basketbol turniri bizim üçün rəmzi xarakter daşıyırdı. Orada Azərbaycan təmsilçisi “Neftçi” qalib gəldi. Bu, sevindirici, qürurvericidir. Növbəti illərdə işğaldan azad edilmiş digər bölgələrdə də basketbolun inkişafına xüsusi diqqət edəcəyik”.

 

Federasiya prezidenti basketbolun inkişafında əsas istiqamətləri açıqlayıb:

 

“Federasiya olaraq uzun yol gedəcəyimizi başa düşürük. Uğur üçün səbirlə uzun müddət işləməliyik. Addım-addım irəliləmək istəyirik. Federasiyanın əsas istiqamətlərindən biri uşaq basketboludur. Kütləvilik və tamaşaçı bazasının formalaşması vacibdir. Digər istiqamətimiz qadın basketbolunun inkişafıdır. Ümid edirəm ki, növbəti ildən qadınlar arasında müntəzəm çempionat keçirə biləcəyik. Üçüncü vacib istiqamət klubların daha güclü olmasıdır. Hazırda Federasiya klubları dəstəkləyir. İlk illərdə federasiya daha aktiv ola bilər. Amma inanırıq ki, gələcəkdə milli komandaların formalaşmasından tutmuş ölkə basketbolunun inkişafı klublarda baş tutsun. Federasiya isə bunu tənzimləyən quruma çevrilə bilsin. Klubları həm say etibarilə, həm coğrafi cəhətdən artırmaq istəyirik. Mövcud futbol klubları ilə əməkdaşlığı artırmaq istəyirik. Bir neçə klub artıq buna dəstək olub. Futbol azarkeşləri basketbola da gəlirlər. Bundan başqa, universitet komandaları arasında birinci liqa təşkil oluna bilər”.

 

E.Əmrullayev iri şirkətlərin basketbola dəstəyinin artdığını söyləyib:

 

“Basketbolu brendlərin yarışına çevirmək istəyirik. Sponsorlarımıza təşəkkür edirik. Azərbaycanda basketbol sevən insanlar var. Onlar həm mənəvi, həm maddi dəstək göstərirlər. Bu il sponsorlarımızın sayı artıb”.


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...

Daha bir müğənninin səhnədə ürəyi dayandı

Ötən gecə Türkiyənin Aydın şəhərində məkanlardan birində səhnə alan müğənni Mehmet Gündoğdu səhnədə infarkt keçirib.   Sfera.az Türkiyə mətbuatına is...

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...

Gözləri görmür, amma qətl törədib - Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gözdən əlil kişi adam öldürüb. ...