Azərbaycanda bu şəxslərin əmək haqları ARTIMLA ÖDƏNİLDİ

Azərbaycanda bu şəxslərin əmək haqları ARTIMLA ÖDƏNİLDİ

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş qaydaları tətbiq edilməyə başlanılıb.

 

Sfera.az xəbər verir ki, yeni qaydaların tətbiqinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin qarşılığı olan layiqli həyat səviyyəsinə uyğun əmək haqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsinə imkan yaratmaqdır.

 

Qaydalara əsasən səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr verilib.

 

Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanıb.

 

Beləliklə, artıq səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

 

Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişır. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr ala bilirlər.

 

Əmək haqqının ödənilməsinin yeni Qaydalarına əsasən orta və kiçik tibb işçilərinin də əmək haqqında artım olmuş, rayon xəstəxanalarında və kənd ambulatoriyalarında çalışan tibb bacılarının da əmək haqqı yeni qaydalara əsasən artımla ödənilmişdir.

 

Qeyd edək ki, əmək haqqının hesablanmasına xəstəxanaların kateqoriyaları da təsir edir. Muxtar respublika üzrə Naxçıvan Muxtar Respublikası Xəstəxanası və Perinatal Mərkəz 3D kateqoriyasında müəyyənləşib, digər xəstəxanalar isə müvafiq olaraq 2C, 2D kategoriyasındadırlar. ("Report")


OXŞAR XƏBƏRLƏR

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...

Bu ölkədə meymunçiçəyinin yeni növü AŞKARLANDI

Hindistanda meymunçiçəyinin yeni növü aşkarlanıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Clade 1b” adlanan bu yeni variant&...

Gəlinin bu tələblərini görən bəy toydan İMTİNA ETDİ

Türkiyədə evlənmək üzrə olan bəy gəlindən gələn tələblər siyahısını gördükdən sonra fikrini dəyişib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər ve...