Bakı sakini ov tüfəngi ilə qətlə yetirildi

Bakı sakini ov tüfəngi ilə qətlə yetirildi

Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib.

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, hadisə oktyabrın 17-si saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR