Dünən öldürülən müğənnini təhqir etdi, bu gün peşman oldu - VİDEO

Dünən öldürülən müğənnini təhqir etdi, bu gün peşman oldu - VİDEO

Müğənni Əli Mirəliyev ötən gün qətlə yetirilən həmkarı Yaqut Nəriman (Həşimova) haqqında bəzi fikirlər səsləndirib.

 

Sfera.az xəbər verir ki, "Bizimləsən" verilişinin efirinə zəng vuran Ə.Mirəliyev mərhum Y.Nərimanın həyat tərzi ilə bağlı xoşagəlməz fikirlərini dilə gətirib. Ə.Mirəliyev müğənninin dəfələrlə içkili halda ona zəng etdiyini iddia edib. 

 

Əli Mirəliyevin ötən gün verdiyi bu açıqlaması studiyada, eləcə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Verilişdə ekspert qismində iştirak edənlər onun bu söhbətini yersiz adlandıraraq ifaçını tənqid ediblər. Həmçinin sosial şəbəkələrdə Ə.Mirəliyevin danışıq tərzi və fikirləri ilə bağlı tənqidi rəylər yazılıb.

 

Bu gün Əli Mirəliyev başqa verilişin efirinə qoşularaq Yaqut Nərimanın anasından üzr istəyib. O əsəbi olduğunu, düşünmədən xoş olmayan ifadələr işlətdiyini desə də, Yaqut Nərimanın anası Əli Mirəliyevi bağışlamadığını, üstəlik, Əli Mirəliyevin Yaquta pul borclu olduğunu bildirib.

 

Qeyd edək ki, Yaqut Nəriman adı ilə tanınan müğənni Yaqut Həşimova dünən Nizami rayonu ərazisində bıçaqlanaraq öldürülüb, hadisə ilə bağlı onun həyat yoldaşı Anar Həşimov şübhəli şəxs qismində saxlanılıb. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

 

 


OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...