ABŞ neftin bahalaşmasından qorxur – Venesuelaya sanksiyalar yumşaldıla bilər

ABŞ neftin bahalaşmasından qorxur – Venesuelaya sanksiyalar yumşaldıla bilər

ABŞ neft qiymətlərində mümkün yüksəlişin qarşısını almaq üçün Venesuelanın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyaları yumşalda bilər. 


Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, sanksiyaların yumşaldılması üçün ABŞ-nin bir şərti var. ABŞ rəsmiləri sanksiyaların aradan qaldırılmasının müxalifətlə aparılan danışıqların nəticəsindən də asılı olacağını vurğulayıb. 


Venesuela hökuməti müxalifətlə uzun müddətdir ki, danışıqları dayandırmışdı. ABŞ danışıqların aparılacağı və nəticələrin müsbət olacağı təqdirdə sanksiyaları yumşaldacağını bildirib. ABŞ Nikolas Maduro hökumətindən müxalifətin siyasi fəaliyyətinə imkan yaradılmasını, seçkilərdə müxalifətin də namizədlərinin iştirakına şərait yaradılmasını istəyir. 


“Reuters” xəbər verir ki, Venesuelanın enerji sektoruna qarşı sanksiyaların yumşaldılması ölkədən neft ixracının artmasına səbəb olacaq. Bu, qlobal neft bazarlarında gərginliyin azaldılmasına kömək edə bilər. 


Venesuela dünyada ən böyük neft ehtiyatlarına sahib olan ölkə kimi tanınır. Amma sanksiyalar yumşaldılsa da əsas məsələ sərmayə qoyuluşunun artırılmasıdır. Sərmayə qoyuluşu kifayət qədər olmasa, istehsalı artırmaq və ixraca daha çox neft çıxartmaq mümkün olmayacaq. 


Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanı və Rusiya hasilatı kəskin azaldıb. İsrail və HƏMAS arasındakı müharibədən sonra isə neft tədarükü probleminin yaranması riski də var. Bəzi ərəb ölkələri neft və qaz hasilatını azaltmaqla bağlı təhdid xarakterli açıqlamalar da verib. 


Bu vəziyyətdə gözlənilər risklərdən yayınmaq üçün ABŞ Venesuelaya daha çox neft ixracı üçün imkan yaratmağa çalışır.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə qaz kəsiləcək

Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.    Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat y...

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradıldı

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüst...

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.   Z...

İranın diplomatik oyunu: Rusiya və Çinlə strateji müttəfiqlik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, sabah Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə mühüm üçtərəfli görüş keçiril...

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keç...

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...